__Peyğəmbər (səllallahu aleyhi və səlləm) ailəsində nümunə idi__ - 10 Августа 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » Avqust » 10 » __Peyğəmbər (səllallahu aleyhi və səlləm) ailəsində nümunə idi__
11:14
__Peyğəmbər (səllallahu aleyhi və səlləm) ailəsində nümunə idi__
__Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ailəsindən nümunə__

Bu ümmətin Peyğəmbəri -sallallahu aleyhi və səlləm- dir !
Əxlaq etibarı ilə hər bir kəsə nümunə olan kəs !


1. Hər səhər onları salamlayar və onlara dua edirdi:

Hafiz İbn Həcər deyir ki: "İbn Merdevi İbn Abbasdan belə rəvayət edir: Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhər namazını qildiqdan sonra məsciddə oturur və in-sanlarda günəş doğulana qədər ətrafında otururdu. Sonra tək-tək qadınlarının yanına girib salam verir, onlara dua edirdi. Onlardan hər gün birinin yanında qalırdı. {1}.

2. Zövcələrini səfərlərə birlikdə aparardi:

Aişə (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm ) səfərə çıxmaq istədiyi zaman xanımları arasında püşk atardı. Püşk hansımıza düşərdisə onunla səfərə çıxardı. O, xanımlarının hər birini bir gün və bir gecə ayırardı. {2}.

3. Gecə qəflətən onlarin yanina gəlmirdi:

Ənəs ibn Malikdən: " Peyğəmbər (səllallahu aleyhi və səlləm) qadınlarının yanına qəflətən girmirdi. Günün başlanğıcında ya da işa namazından sonra girirdi. " {3}.


4. Etikafta olanda qadınlarını qarşılayır və onları məscidin qapısına qədər yola salardı:

Peyğəmbərin xanımı Safiyyədən rəvayət olunur ki: "Ramazanın son on günündə Peyğəmbəri (səllallahu aleyhi və səlləm) etikafında ziyarət etdi. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanında bir saat qaldi. Sonra getmək üçün ayağa qalxdı. Peyğəmbərdə (səllallahu aleyhi və səlləm) onunla birlikdə ayağa qalxaraq onu yola saldı. {4}.

5. Zövcələrinə ehtiram göstərməsi:

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir :"Mədinəyə gələndə Peyğəmbər (səllallahu aleyhi və səlləm) Safiyyanın rahatlaması üçün dəvənin üzərində yer hazırladı. Sonra dəvəsinin yanına ayağını qoydu, Safıyya ayağini Onun dizinə qoyaraq dəvəyə mindi. {5}.

6. Ev işlərində zövcələrinə kömək edərdi:

Aişə (radıyallahu anhə) dən soruşuldu: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) evində nə edərdi?». O: «O, insanlardan bir insan idi. Paltarını tikər (ayaqqabılarını təmir edər), qoyununu əli ilə sağar, öz işini özü görərdi». {7}.

İbn Abbas (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) yerdə oturar, yerdə yemək yeyər, qoyunu tutar, kölələrin arpa çörəyinə dəvəti qəbul edərdi» {8}.

7. Uşaqlara qarşı çox mərhəmətli və şəfqətli idi:

Ənəs (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) oğlu İbrahimi aldı, öpdü və qucaqladı» {9}.

Qızı Fatimənin (radıyallahu anhə) yanına daxil olduğu vaxt onun üçün ayağa qalxar, əlini tutar, onu öpər və oturduğu yerə oturardı. O, da öz növbəsində onun üçün ayağa durar və əlini tutardı. {10}.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ummu Sələmənin qızı Zeynəb ilə oynayar və ona «Ey Zeynəbçik, ey Zeynəbçik! deyə dəfələrlə səsləyərdi» {11}.

8. Öz zövcələrini sevindirmək onlarin sevgisini qazanmaga çalişardi :

Aişə (radıyallahu anhə) rəvayət edir ki, mən heyzlikən qabdan su içər və qabı Peyğəmbər (səllallahu aleyhi və səlləm) verərdim. O, da ağzını mənim ağzımı qoyduğum yerə qoyar və qabdan içərdi. Sümüyün üzərində olan əti sıyırırdım. O, da sümüyü mənim əlimdən alır və ağzını mənim ağzımı qoyduğum yerə qoyar (beləcə əti sıyırardı). {12}.

9. Zövcəsini sevindirmək və onu mübah olan hər bir yolla sevgisini qazanmaq üçün heç bir fürsəti qaçırmazdı:

Aişə (radıyallahu anhə) rəvayət edir ki, səfərlərin birində Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə birlikdə çıxmışdım. O, zaman mən hələ gənc və cavan idim. Çox kök də deyildim. O, insanlara: «Siz irəli gedin» deyə buyurdu. Sonra mənə: «Gəl yarışaq» deyə buyurdu. Mən də onunla yarışdım və onu keçdim. Növbəti səfərlərin birində isə artıq mən kökəlmişdim. Bu səfər o, insanlara: «Siz irəli gedin» deyə buyurdu. Sonra mənə: «Gəl yarışaq» deyə buyurdu. Bu səfər o, məni keçdi və gülməyə başladı: «Bu əvvəlkinin əvəzidir» deyə buyurdu. {13}.

10. Yaxın əqrabaları üçün çalışar, onların Cəhənnəmdən qurtulmaları üçüm dua edərdi:

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki: «Və ən yaxın qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər (səllallahu aleyhi və səlləm) ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey oğullar! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey AbdulMuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm (siz əməl edin. Mən sizə Qiyamət günü fayda verə bilmərəm. Öz qızına deyir ki: Sən məndən nə istəyirsənsə mən sənə verərəm. Lakin Allah qatında əməlin olmasa sənə heç bir fayda verə bilmərəm)» .

11. Böyük bir ibadəti yerinə yetirərkən də uşaqlarla oynayardı:

O, qızı Zeynəbnin (radıyallahu anhə) qızı Umameyi qucağına götürərək namaz qılardı. Qiyamda durduqda qızı götürər, səcdə etdikdə isə yerə qoyardı» {14}.

12. O, xanımlarını ibadətə sövq edər və bu xüsusda onlara yardım edərdi:

«Əhlinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən bizik». (Ta ha 132).

«Möminlərin imanları ən mükəmməl olanları əxlaqları ən gözəl olanlarıdır. Sizin xeyirliniz əxlaqı etibarıyla xanımlarına qarşı ən xeyirli olanlarınızdır» .{15}.

Peyğəmbər ( səllallahu aleyhi və səlləm ) buyurdu: «Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı rəftar edəninizdir. Mən ailəmə (qarşı gözəl rəftar etməkdə) ən xeyirlinizəm» .{16}.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:
«Ən fəzilətli dinar kişinin ailəsinə xərclədiyi dinardı». {17}.

Ən doğrusunu Allah bilir !

Allah Subhənahu vəTəalədən diləyirəm ki sözlərimizdə və əməllərimizdə bizə ixlas nəsib etsin !


------------------------------
---
{1} - Fethul-Bari, 11/296.
{2} - Tirmizi. Buxari, 8/436. Müslim,8/112 Buxari, 8/436. Müslim,8/112.
{3} - Buxari, 4/369. Müslim, 6/55.
{4} - Buxari, c. 11 s. 129. Müslim, c. 4 s. 144.
{5} - Buxari, 9/20.
{6} - Buxari, 8/437. Müslim, 8/114.
{7} - Əhməd, Tirmizi.
{8} - Təbətani, əl-Albani səhih.
{9} - Buxari.
{10} - Əbu Davud, Tirmizi, Nəsəi.
{11} - Səhih Silsilə 2141, Səhih cəmi 5025.
{12} - Müslim.
{13} - İmam Əhməd.
{14} - Buxari, Müslim.
{15} - Tirmizi.
{16} - Təhavi «Müşkil» 3/211, Həkim 4/173.
{17}. Muslim.

-----------------------------
Hazirladi:

Abdul-Azim Salafy
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 207 | Yüklədi: selefimedia