Baş səhifə » 2012 » Sentyabr » 26 » Peyğəmbər məscidi genişləndirilir... -video-
16:10
Peyğəmbər məscidi genişləndirilir... -video-

Peyğəmbər məscidi genişləndirilir...

Məsciddə iki milyondan çox müsəlman eyni vaxtda ibadət edə biləcək

Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Peyğəmbər məscidinin genişləndirilməsi layihəsinə start verildi.

Ötən il Məkkədə Kəbə evinin genişləndirilməsi layihəsinin ilk təməl daşını atan kral Abdullah Mədinədəki Peyğəmbər məscidinin də genişləndirilməsi üçün prosesi başladıb.

Belə ki, kral Peyğəmbər məscidinin genişləndirilməsi üçün keçirilən mərasimdə simvolik olaraq, ilk daşı yerinə qoyub.

Tikinti-genişləndirmə layihəsi başa çatdıqda məsciddə eyni vaxtda iki milyon müsəlman namaz qıla biləcək.

2040-cı ilədək davam etməsi gözlənilən üç mərhələdən ibarət layihənin birinci mərhələsinin sonunda daha 800 min nəfərin məsciddə ibadət etməsi üçün yer açılacaq.

Tikinti-inşaat işləri zamnı məscidin ətrafındakı bəzi obyektlərin dağıdılması da nəzərdə tutulub.

Obyektlərin və evlərin dağıdılmasına görə isə vətəndaşlara ümumilikdə 6,5 milyard dollar məbləğində təzminat ödəniləcək.

http://www.din.az/modules/news/article_storyid_155.html





Bölmə: Videolar | Baxılıb: 379 | Yüklədi: selefimedia