Baş səhifə » 2015 » Mart » 7 » Ömərin saçlarını dibindən qırxdı.
07:33
Ömərin saçlarını dibindən qırxdı.

Ömərin saçlarını dibindən qırxdı.

AbdulƏziz ibn Mərvan (1) oğlu Öməri Mədinəyə, Salih ibn Keysənə (2) göndərib onun tərbiyəsi ilə məşğul olmağı tapşırdı.
Saleh ona namazları əmr etdi.
Bir gün Ömər namaza gecikdi.Salih ondan səbəbini soruşanda:

" (Saçlarımı qaydaya saldığım) darağım mənə mane oldu"
dedi.
Saleh ona:

" Saçlarınla məşğuliyyət sənin namazlarına mane olur !? "
dedi və bu haqda atasına yazdı.
AbdulƏziz ibn Mərvan onların yanına bir çapar göndərdi.Həmən çapar gəlib Mədinəyə çatdığı zaman heç bir söz demədən Ömərin saçlarını dibindən qırxdı.

 

əz-Zəhəbi "Siyər Aləm ən-Nubəla" s.117

----------

1.AbdulƏziz bin Mərvan (rahimahullah) (hicri 27-86) - xəlifə Ömər bin AbdulƏzizin atasıdır.

2.Saleh ibn Keysən (rahimahullah) (hicri 40-140) - məhşur tabiinlərdəndir.

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 720 | Yüklədi: Azerislamoglu