11:11 «Mən bura gəlməklə xoşbəxtlik tapmışam».Azadlıq radiosu Əbu Bəkr məscidi haqqında.2007-ci il. -mp3- | |
«Mən bura gəlməklə xoşbəxtlik tapmışam» "Azadlıq" radiosunun 2007-ci ildə "Əbu Bəkr məscidi" haqqında hazırladığı reportajı. "Əbu Bəkr" məscidi və sələfilik gerçəkləri adil və tərəfsiz bir jurnalist Babək Bəkirin gözü ilə. Həqiqətən bu maraqlı və gözəl reportajı heç olmasa bir dəfə bu məsciddə 10 minə yaxın insanın arasında cümə , bayram və ya gündəlik fərz namazı qılan birisinə həyacansız, qəlbi titrəmədən dinləməməsi mümkün deyiı. Əlhəmdulilləh nə qədər fitnələr qalxır qaxsın bu camaatın hələdəbir biri ilə köhnə qardaşlığı eyni ilə gözəl şəkildə davam edir.Çünki bu dostluğun , bu qardaşlığın bünövrəsi həqiqətən təqva üzərində və təqva əhli tərəfindən ucaldılan bir elm mərkəzində tökülüb.Elmdə balacaların cahilliklərindən baş verən bəzi fitnələr inşAllah məscidimizin açılması ilə əriyib gedəcək.Dualarımızda bu yöndədir. Uca Allahdan tezliklə məscidimizin açılmasını istəyirik. Amin! Mp3 yüklə: 3.4 MB
- Bir müsəlman namaza qalxa, gözəl, kamil formada dəstəmaz ala, sonra namaz qıla və namazı huşu ilə qıla, namazdan qalxanda, o, uşaq kimi günahsız olacaq… «Əbu-Bəkr» məscidinə ibadətə gələn bu insanları təkcə Tanrı sevgisinin birləşdirdiyini düşünmək sadəlöhvlük olardı. İbadətdən sonra özünü ikinci qrup Qarabağ əlili kimi təqdim edən bir dindar deyir ki, onu bu məscidə çəkən səbəblərdən biri də keçmiş döyüş yoldaşlarıı ilə bir yerdə olmaq istəyidir: - Mən bura gəlməklə xoşbəxtlik tapmışam. Burada Azərbaycanın azadlığı, bütövlüyü uğrunda vuruşan insanları görürəm. Mən Azərbaycanın nicat yolllarından birini də burada görürəm… «Biz burada islamı yalnız peyğəmbərin buyruqları əsasında yayırıq» Başqa məscidlərlə müqayisədə
«Əbu-Bəkr» məscidinə gələn insanlar bir-birləri ilə daha
mehriban olurlar. Bu xoş münasibəti onlar yad nəzərlərdən də
əsirgəməməyə çalışırlar. Əlbəttə, bütün bunlar
«Əbu-Bəkr» məscidindən kənarda baş verənlərlə bir təzad
təşkil edir. Mən özümü Azərbaycanda ilk dəfə təxminən belə
bir aurada, ötən əsrin 80-ci illərində milli azadlıq hərəkatı
vaxtı, Azərbaycan Xalq Cəbhəsinin qərərgahlarında hiss
etmişəm. Onda da «Əbu-Bəkr» məscidində olduğu kimi,
tanış-qohum olmayan insanlar bir-birilərinə qardaş nəzərləri
ilə baxırdılar. «Əbu-Bəkr» məscidinin təsərrüfat işləri
üzrə müdiri Rasim Baxışov deyir ki, on minlərlə insanı heç
vaxt aldadıb bir yerə yığmaq mümkün deyil. Başqa
məscidlərdən fərqli olaraq burada dindarların bir-birilərinə
daha isti münasibət göstərməsini də o, daha səmimi olmaları
ilə izah edir: «Əbu-Bəkr» məscidində 21 yaşlı
Pərviz Sadıqovla tanış oluram. Onun deməsinə görə, dörd
ildən çoxdur ibadətlə məşğul olur. Pərviz deyir ki, ailədə
bütün bacı və qardaşları da onun kimi özlərini islama
bağlayıblar. Hələ ki, yalnız valideyinləri Pərviz Sadıqovun
ifadəsi ilə desək, zahirən müsəlmandır. Yəni, hələ ki, heç
bir ayinlərə əməl etmirlər. Pərviz Sadıqov deyir ki, dörd il
əvvəl, yəni ibadətlə məşğul olana qədər həyatda
yaşamağının mənası ona aydın olmayıb. İndi isə dərk edir
ki, həyatda yaşamağının mənası Tanrıya qul olmaqdır. Bəs bu
ibadət 21 yaşlı Pərviz Sadıqovun həyatında hansısa
dəyişikliklərə səbəb olubmu? - Təbii birinci qəlb rahatlığıdır. Artıq problemlər mənə çox asan gəlir. Üstəlik, Tanrı öz qullarını həyatda da mükafatlandırır. İbadətlə məşğul olduqdan sonra ali məktəbdə işim daha asan gedib. Hörmətim artıb… Uzun saqqala və şalvarın balağının topuqdan qısa olmasına görə, insanları «vəhhabi» adlandırmaq savadsızlıqdır. Bu, peyğəmbərin buyruğudur. Onda belə çıxır ki, peyğəmbər «vəhhabi»lərin böyüyüdür… «Əbu-Bəkr» məscidinin yerləşdiyi
küçədə, məscidlə üzbəüz yeni mağazalar inşa edilir.
Onların bəziləri artıq istifadəyə verilib. Həmin mağazalarda
nə şərab, nə də siqaret satılır. Bəzi satıcıların uzun
saqqallı olmaları da bu mağazaları başqa ticarət
müəssisələrindən fərqləndirir. Əslində, indi tək «Əbu-Bəkr»
məscidinin qarşısındakı mağazalarda yox, hava limanındakı
ticarət obyektlərində də tez-tez belə uzun saqqalı satıcılara
rast gəlmək olur. Hava limanındakı qara bazarda belə uzun
saqqallı, şalvarı topuqdan qısa satıcıları yarızarafat,
yarıciddi «vəhhabi» adlandırırlar. Hətta belə söz-söhbətlər
gəzir ki, bu dindar insanlar maddi baxımdan da bir-birilərinə əl
tutmağı bacarırlar. «Əbu-Bəkr» məscidinin imamı Hacı Qəmət
Süleyman isə deyir ki, Azərbaycanda vəhhabi yoxdur. O, insanları
uzun saqqalarına və qısa şalvarlarına görə, «vəhhabi»
adlandırmağı yanlışlıq hesab edir: «Uzun saqqala və şalvarın balağının topuqdan qısa olmasına görə, insanları «vəhhabi» adlandırmaq savadsızlıqdır» Ancaq Azərbaycanda uzun saqqalı
insanlara tək qara bazarlarda fərqli münasibət bəsləmirlər.
Hər halda son bir ildə Daxili İşlər Nazirliyi vəhhabi olduqları
iddia edilən bir neçə dini qruplaşmaların gizli toplantı
yerlərinin aşkarlanması ilə bağlı məlumatlar yayıb. İstər
Bakı ətrafı kəndlərdə, istərsə də ölkənin müxtəlif
əyalətlərində aparılan belə əməliyyatlar zamanı onlarla həbs
edilən dindar var. Ancaq uzun saqqalı insanlara qarşı xüsusi
kampaniya təkcə həbslərlə müşahidə edilmir. Belə uzun
saqqallı dindar insanların deməsinə görə, bəzən onları polis
şöbələrinə aparıb saqqallarını qırxırlar. Qamət Süleyman
deyir ki, dindar insanlara qarşı zorakı münasibətlər əksinə
radikalizmin güclənməsinə xidmət edir. - Bilirsiniz, bu radikalizmin
güclənməsinə xidmət edir. Yəni, bəzi radkal qüvvələr bundan
istifadə edib, özlərinə tərəfdar qazanırlar. Kimin-kimliyi
konkret müəyyən edilməlidir. Biz də cinayətkarın əleyhinəyik.
O, cinayət edibsə, biz buna qarşıyıq. Ancaq yalnız din
adamıdırsa, incidilirsə, bu, düzgün deyil…
| |
Bölmə: Audiolar | Baxılıb: 2133 | |