Baş səhifə » 2015 » Fevral » 25 » Əli ibn Əbu Talib`in (radıyallahu anhu) oğlu Hüseynə (radıyallahu anhu) nəsihətləri:
09:47
Əli ibn Əbu Talib`in (radıyallahu anhu) oğlu Hüseynə (radıyallahu anhu) nəsihətləri:





Əli ibn Əbu Talib`in
(radıyallahu anhu) oğlu Hüseynə (radıyallahu anhu) nəsihətləri:

 

- Oğlum, sənə həm gizlidə, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də razılıq halında haqqı deməyi, həm varlı, həm də kasıb olanda qənaət etməyi, həm dosta, həm də düşmənə qarşı ədalətli olmağı, həm tənbəllik, həm də yaxşı əhval-ruhiyən olduqda çalışmağı, həm çətin, həm də asan vaxtı Allahdan razı olmağı tövsiyyə edirəm.
 

- Oğlum, bil ki, Cənnətdə heç bir pislik, Cəhənnəmdə isə heç bir xeyir yoxdur. Cənnətdən başqa hər bir nemət, Cəhənnəm odundan da başqa hər bir bəla bir heç kimidir.
 

- Oğlum, bil ki, öz eyiblərini görən şəxs, heç zaman başqasında eyb tutmaz.
 

- Oğlum Allahın ona böldüyü payla razılaşan şəxs heç zaman itirdiyi bir şeyə təəssüflənməz.
 

- Oğlum öz səhvlərini unudan şəxs başqalarının səhvlərini böyüdər.
 

- Oğlum özünü bəyənən kəs yolunu azar, ağlını hamıdan yüksək tutan alçalar, başqalarını səfeh sayan söyülər, alçaqlara qarışan rəzil olar.
 

- Oğlum, həsədi tərk et ki, səni sevsinlər.
 

- Oğlum möminin izzəti insanlardan heç bir şey istəməməyindir. Aza qane olmaq tükənməz bir maldır.
 

- Oğlum bil ki, zikr nurdur, qəflət zülmətdir. Cahillik zəlalətdir. Ən xeyirli miras ədəbdir.
 

- Oğlum qohumluq əlaqələrini kəsməklə irəliləyiş, pisliklə də varlanmaq olmaz.
 

- Oğlum elmin zirvəsi mülayim olmaqdır.
 

- Oğlum İslamdan daha şərəfli təqvadan daha ülvi, tövbədən yaxşı şəfqət, iffətdən gözəl libas yoxdur.
 

Və nəhayət:
 

- Oğlum..... Elmini ve əməlini, sevgisini ve nifrətini, alış-verişini, danışığını ve sükutunu yalnız Allah üçün edən kimsəyə Cənnət vacib olar.
 

(əl-Bidayə vən-Nihayə, 7/328-329)

 

Bölmə: Gözümüzün nuru övladlarımız. | Baxılıb: 168 | Yüklədi: Azerislamoglu