Əli Həsən əl-Hələbinin "Əmman risaləsi" rəzaləti. - 17 Апреля 2016 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2016 » Aprel » 17 » Əli Həsən əl-Hələbinin "Əmman risaləsi" rəzaləti.
12:31
Əli Həsən əl-Hələbinin "Əmman risaləsi" rəzaləti.
"Böyük alimlər tərəfindən və xüsusəndə Şeyx AbdulƏziz Əli Şeyx, Şeyx AbdulMuhsin Abbad, Şeyx Saleh Fovzan (Allah onların hamısını qorusun) tərəfindən tənqid və rədd olunan, batil hesab edilən lakin buna baxmayaraq Əli Həsən əl-Hələbinin təriflədiyi, haqqında məqalələr və təriflər yazdığı Əmman risaləsi barədə."
 
Müəllif Şeyx Raid qeyd edir ki; - “Əli Hələbinin Əmman risaləsini tərifləməsinə gəlincə, bu risalənin ilk dəfə tərifi İordaniyanın kralınında iştirak etdiyi cümə günü söylənən xütbədə olmuşdur. Daha sonra isə həmin risalənin tərifini Hələbi özünün qələmə aldığı üç kitabında qeyd edib. Məlumat üçün deyək ki, həmin o üç kitabın adı belədir:
 
1. “Omandakı partlayış hadisələri”
2. “Əmmandan (risaləsindən) düşmənçiliyin uzaqlaşdırılması”
3. “Sələfi dəvətini sufi təriqələri və jurnalist iddiaları arasında.”
 
Sələfi imamlar həmin Əmman risaləsinə rəddiyə verməsinə baxmayaraq Əli Hələbi yenidən bu risaləyə təriflər yağdırmağa başlayır. Hələbi tərifində deyir: “Əmman risaləsi qısa və ümumi, həmçinin də rahat və lətif ifadələrdən ibarət olunan bir şərhdir. İslamın şəmaillərini bəyan edir, xüsusiyyətlərini göstərir və İslmamın əzəmətli xüsusiyyətlərini bəyan edir. Onun yazılmasına sövq edilən səbəblər isə hal hazırdakı İslamın və müsəlmanların dünyada baş verən dəyişikliklərdən sonra meydana gələn pis halıdır.” Hələbinin ən böyük köməkçilərindən biri olan Ömər Batuş bu risaləni dövlət kanalı vasitəsilə 60 verlişdə şərhini edib. (Hansı ki, Hələbi həmin risaləyə qol çəkdiyinə görə Sələfi şeyxlər tərəfindən qınanır).
 
Şeyx Raid (Allah onu qorusun) davam edərək deyir ki: “Əli Hələbi indiyənə kimi Əmman risaləsini tərifləməkdən və ona dəvət etməkdən əl çəkmir. Həmçinin onun deməsi ki; “Ay Kişi mənim özümdə dinlərin bir olması fikrinə çağıran insanı təkfir edirəm” sözü özü özlüyündə heç bir əhəmiyyət kəsb etmir və bəzi cahillər elə zənn edirlər ki, bu sözlərindən sonra artıq o bu risalədən dönüb və tövbə edib. Lakin bilmək lazımdır ki, bu Hələbinin qurduğu oyunlarındandır. Hansı ki, elmi, bəsirəti və dünya görüşü olan bir Sələfi buna aldanmaz. Sələfi şeyxlərin onunla etdiyi söhbətlər və ona etdiyi etirazlar da elə Əmman risaləsilə əlaqədardır. Şeyxlər Hələbiyə təklif edirlər ki, ayrı söhbət danışmaya və tərif elədiyi Əmman risələsi barədə danışa və ondan qayıda. Hansı ki, bu risaləyə dəstək olub, onu tərifləyib və bir neçə məqallərində həmin o risaləyə dəstək olduğunu yenədə ifadə edib və tərifləyib. Bilmək lazımdır ki, həmin dəstəklərindən hələdə indiyənə kimi qayıtmayıb.
 
Şeyx Raid deyir ki; “Artıq dövrümüzün üç böyük alimi AbdulƏziz Əli Şeyx, Allamə Şeyx Saleh Fovzan, Allamə Şeyx AbdulMuhsin Abbad (Allah onların hamısını qorusun) Əmman risaləsi barədə danışıblar və hansı ki, bu internetdə də yayılıb. Şeyxlər öz çıxışlarında həmin o risalənin içərisində olan şeyləri “zəlalət və məsələləri qarışdırmaq kimi qiymətləndiriblər” Buna görədə artıq bunun inkar edilməsi vacibdir. Əlbətdə ki, onlara da vacibdir ki, bundan geri dönərək onu inkar etsinlər. Həmçinin dinlərin bir biri ilə görüşməsi mövzusu çox batil və pis bir sözdür.” Maraqlısı burasındadır ki, həmin Şeyxlərə Əmman risaləsindən sadəcə bir stat oxunduqdan sonra bu fikirləri şiddətlə inkar ediblər.
Sonra Şeyxlərin bu risaləni inkar eləməsi xəbəri (Üç böyük alim hələm o risalənin balaca bir hissəsi oxunduqdan sonra belə şiddətlə rədd etmələri və bu fikrləri zəlalət adlandırmaları və lazımdır ki bu inkar edilib bu yoldan qayıdıla) Hələbiyə gəlib çatdı lakin O, yenədə öz batil mövqeyində qaldı. İsrarlı oldu və öz mövqeyində qalaraq alimlərin fikirlərini inkar elədi. Sonra Əli Hələbi Sadiq əl-Beydani ilə görüşündə həmin risaləni batil və zəlalətli olmaqdan uzaq olmasını bildirdi. İddia elədiki orda batil və zəlalət heç nə yoxdur. Məhz alimlərə oxunan o hissəsiylə sübut eləməyə çalışdı ki, bu risalə dinlər arası birliyə çağırmır.
 
Kitabın adı: “Əli Həsən əl-Hələbinin sünnəyə olan müxalifətləri haqqında olan suala cavab və həmin müxalifətlərinə Üsul və digər məsələlərdə rəddiyə”
 
Müəllif: Şeyx Əbu Muaz Raid (Allah onu qorusun)

 
Bölmə: Sələfin Mənhəci | Baxılıb: 918 | Yüklədi: Azerislamoglu