Kürdəmir sakininin saqqalını qırxan şəxs həbs olundu . - 5 Июля 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » İyul » 5 » Kürdəmir sakininin saqqalını qırxan şəxs həbs olundu .
01:20
Kürdəmir sakininin saqqalını qırxan şəxs həbs olundu .

Sabirabadda dini zəmində baş verən qarşıdurma ilə bağlı təhqiqat aparılır.
Hadisənin əsas təşkilatçısı həbs olunub. 

 Rayon bazarında alış-veriş edərkən təhqir olunduğunu deyən  Cavanşir Zərbəliyev İstiqamet.com-a açıqlamasında bildirib ki, bu gün səhər saatlarında bazara gəlib: "Gilasın qiymətini soruşan zaman bir nəfər qolumdan tutub məni hədələməyə başladı. Sonra digərləri üstümə düşdü. Məni döyməyə, təhqir etməyə başladılar. Saqqalımı qırxdılar. Nə qədər and-aman etdim xeyri olmadı. Hamının gözü qarşısında mənə qarşı qeyri-insani hərəkət etdilər. Onların bu hərəkəti hansı təriqətdən olursa-olsun heç bir müsəlman əhlinə yaraşmır". 
 
C.Zərbəliyev onu da bildirdi ki, onu təhqir edən şəxs həbs olunub: "Mən bildiyim qədər Daxili İşlər Nazirliyinin rəhbərliyi məsələyə qarışıb. Hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir".
 
Toğrul
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 373 | Yüklədi: selefimedia