Baş səhifə » 2017 » Mart » 21 » - Kasetləri yayırdılar və yolda gedə gedə maşından çölə tullayırdılar. -
08:00
- Kasetləri yayırdılar və yolda gedə gedə maşından çölə tullayırdılar. -

- Kasetləri yayırdılar və yolda gedə gedə maşından çölə tullayırdılar. -
-----------

Şeyx Abdullah ibn AbdurRahim əl Buxari hafizəhullah " cərh və təadil icdihadidirmi? "sualına olan cavabını ətraflı izah etdikdə belə bir hadisəni də zikr edir:

" hicri 1410(1990)cı ildə İraqdan Səddam Hüseyn Kuveytə hücum etdi. Və aləm bir birinə dəydi, insanlar başladılar ondan bundan kömək istəməyə. Elə bu zaman Qutbi, Sururi və digər bidət və zəlalət əhlinin öndərləri fürsətdən istifadə edərək qalxdılar və başladılar insanları İməm ibn Bəz və İbn Useymin və digər Sünnə alimlərinin fətvaları ilə çaşdırmağa. Sahə dəhşətli şəkildə qarışdı, ciddi çətinliklər yarandı. Yaranmış problemlərin izləri o bölgələrdə hələ də qalmaqdır. Həmin vaxtlarda şeyx Muhəmməd Əmən əl Cəmi və şeyx Rabi əl Mədxəli və s. kimi, Allah onlardan ölənlərə rəhmət qalanları isə hifz eləsin, Sünnə alimləri dəlillərlə və burhanlarla onlardan çəkindirərək danışmağa və rədd etməyə başladılarki; "bu fikirlər batildi, bu adamlar əsrimizin Həruriləridir, Xəvaricləridir.." Və bu fitnəkarlar da başladılar sağa sola vurnuxmağa, onun bunun yanına getməyə ki nəsə bir söz alsınlar onlardan. Hətda İordaniyaya şeyximiz Əlbənin rahiməhullah yanına getdilər. Şeyxi yaman tez tez ziyarət edir, onunla görüşlər tədbirlər keçirirdilər, ona yaxınlaşmağa, onun yanında özlərini yaxşı göstərməyə çalışırdılar hətda onlardan biri şeyxə öz kitabını uzadaraq deyirdi(şeyx Əlbəni bunu öz səsiylə danışır səs yazısında var): "buyur ey şeyx bax! nəyi istəyirsən sil, nəyi istəyirsənsə əlavə et ! Necə istiyirsən eləcə də elə."...(və şeyx də deyirdiki "biz bunu belə şeyləri dövrümüzün bidətçilərindən, hizbilərindən görməmişik, gətirsinlər və desinlərki buyur "ey şeyx istədiyini elə"...) Halbuki şeyxə özlərini yaxşı göstərmək üçün hiylə işlədirdilər. Və beləcə şeyxin yanına çox gedib gəldilər. Eləcə biri gedir digəri gəlirdi taa ki şeyxdən onlar haqqında məşhur sözü sadir oldu: " filankəs və filankəs - onlar bizimlə eyni xətt üzərindədirlər sadəcə olaraq onlar bizdən elmdə zəifdirlər, yəni elmləri azdı amma əqidə və mənhəc eynidir". Şeyxdən bu sözü alan kimi başladırlar bunu hər yerdə yaymağa. Daha sözlər havada uçuşurdu. Bu sözü xəncər kimi sünnə şeyxlərinə sancırdılar. Kasetləri yayırdılar və yolda gedə gedə maşından çölə tullayırdılar. Hətda bir dəfə məsciddən çıxdırdım, maşın gedə gedə kaset tullayırdı, elə zənn etdimki daş zad atırlar və baxdım ki şeyximiz Əlbənin rahiməhullahın kasetidir. Şeyxin bu sözü təzkiyə sayılır elə deyilmi amma şeyx bu təzkiyəsində heç bir dəlil gətirmir amma cərh eliyən alimlər isə onların kitablarından, kasetlərindən hər yerdən dəlil və burhanlar gətirirlər. Amma alimlər bunda şeyxə düşmənçilik etmədilər. O böyük alim, saleh birisi idi, Allah ona rəhmət eləsin haqqı axtarırdı amma xəta etdi bu sözüylə. Üzərindən illər keçdi təxminən 6-7 il və şeyxin səs yazısı çıxdı, hamınız bilirsiz bunu. Orda deyirdiki: " Bunlar Sururilər əsrimizin xəvaricləridir və həmçinin artıq 30 il bundan qabaq "cəmaat təbliğ" haqqında da demişdim ki bunlar əsrimizin sufiləridir. Və MƏDİNƏDƏKİ ŞEYXLƏR , QARDAŞLARIM İSƏ ONLAR HAQQINDA MƏNDƏN DAHA ELMLİ İDİLƏR, ONLAR DEMİŞDİLƏR ARTIQ Kİ ONLAR "ƏSRİMİZİN XƏVARİCLƏRİDİR"..." bundan bir müddət sonra başlarının üstünə qaldırdıqları şeyx Əlbəninin ayaqlarının altında atdılar. Məgər onlar haqqı axtarırdılar, dəlili, burhanı axtarırdılar?!! Deyirdik ki Əlbəni ilə Muhəmməd Əmən və Rabii ixtilaf edib. Ümumi olaraq yuxarıdan da aşağıdan da baxsaq deyərsənki alimdi, onun fənnidi və onun meydanıdır və bununla da deyirsənki onun sözünü götür. Məgər bununla haqqı yerindən oynatdılar?!! Xeyr, tərpətmədilər. Çünki axtarış haqqa görə olmalıdır, şəxslərə vəya adlara görə olmamalıdır. Dediyim kimi şeyx saleh kişi idi Allah ona hidayət etdi və haqq sözü dedi sonunda, Allah ona rəhmət eləsin. Lap sizin qaydanızla desək yəni, ixtilaf ediblər hansının sözünü istiyirsən götür heç bir tərəfə də dil uzatma , yaxşı gedək onda səninlə: onlar yəni bidətçilər şeyx Əlbənin sözünü götürdülər sonra susdularmı ikinci tərəf üçün yoxsa ağızlarına gələn tonlarca söyüşlər, təhqirlər yağdırdılar?? İndiyənə kimi də yağdırmaqdadırlar. Məgər hələ də demirlərmi, Ğulətut Taəh- itaətdə həddi aşanlar , Cəmiyyəh (Mədxəliyyə). Bütün bunlar hamısı özlərini təmizə çıxarmaq üçün don geyindirmədir..."

Mənaca tərcümə https://youtu.be/K5YVaQm11ks

Tural Rəcəbli

Bölmə: Sələfin Mənhəci | Baxılıb: 609 | Yüklədi: Azerislamoglu