Baş səhifə » 2014 » İyul » 23 » İŞİD`ə VƏ ONLARI DƏSTƏKLƏYƏNLƏRƏ SUALLAR:
20:43
İŞİD`ə VƏ ONLARI DƏSTƏKLƏYƏNLƏRƏ SUALLAR:



İŞİD`ə VƏ ONLARI DƏSTƏKLƏYƏNLƏRƏ SUALLAR:

1) Görəsən ümmətin dərdini çəkdiyini iddia edən bu İŞİD bu qədər cürətlidirsə, İrana niyə girməyə cürət etmir? Yoxsa, müsəlmanları qırmağı bacarır, amma İrana girməyə cürət etmir, yoxsa İranla gizli əlaqələrinin tam isbat olunmasını gözləyirlər?

2) Əbu Bəkr əl-Bağdadinin özünü xəlifə elan edib cümə xütbəsinə çıxdığı gün geyindiyi geyimin İran əmmaməlilərindən fərqlənməməsinin səbəbi nə idi? Yoxsa, İrandan da özlərinə tərəfdar toplamaq istəyirlər? Yoxsa, əmmaməlilərin geyimi digər alimlərin geyimindən əfzəldir?

3) Görəsən bu igidlər niyə Bəşər Əsəd güruhunun üstünə getmirlər? Yoxsa hələ onlara bu əmr gəlməyib?

4) Əbu Bəkr əl-Bağdadi özünü xəlifə elan edəndə onun müdafiəsinə qalxan şiə "ayətullahı"nın adını kim bilir? Yoxsa bundan heç kimin xəbəri yoxdur? Görəsən o Bağdadini niyə müdafiə etdi?

5) Onlar xavaric olduqlarını boyunlarına almırlar? Yaxşı onda görəsən xavaric necə olur? Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) onların hər əsrdə çıxacaqlarını, sonuncularının da Dəccalla bir çıxacaqlarını deyib. Bütün ümmət bunların xavaric olduğunu deyir, bunlar (İŞİD və tərəfdarları) isə bu ümmətin onlara itaət etməyən xavaric olduqlarını deyirlər, bunu necə başa düşək?

6) İndi isə gələk "qarabayraqlılar" məsələsinə.
Birincisi;Bu sualımızı isə bəzi zəif və uydurma hədislərə aldanan gənclərə verəcəyik. İbn Macədə bu haqda gələn hədisə şeyx Albani "hədisdə tədlis" var deyib. Hədisdəki Əbu Qilabə Əbu Əsma ər-Rahbə ilə görüşməyib və onun ondan bu hədisi eşitməsi mümkünsüzdür.
İkincisi isə; Kim deyib ki, qarabayraqlılar tarixdə bircə bunlar olublar? İndi isə daha bir sual verirəm: əl-Qaidə də qara bayraqla çıxmışdı. ən-Nusranın da qara bayrağı var. Şiələrin də qara bayraqları var, hələ Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bu yana nə qədər qarabayraqlılar olub? Tarixi yaxşı səhifələmisinizmi? Tarixdə neçə-neçə qiyamlarda qiyamçılar qara bayraqla çıxıblar, bu, Şamda da olub, özü də dəfələrlə. Qara bayraq götürənlərin bir qismindən isə bu cür zəif və uydurma hədislərin olduğunu bilmələri ehtimalı da var. Daha düzünü Allah bilir.
Üçüncüsü; Hətta, araşdırma nəticəsində o da meydana çıxdı ki, bu haqda olan hədislərin çoxusu zəif və uydurmadır. Harun Yəhya adlı zəlalət əhli video hazırlayıb və orada hətta şiə mənbələrinə (3 şiə mənbəsi qeyd edib) müraciət etməkdən belə çəkinmədən "Qarabayraqlılar" haqqında hədislər gətirərək bunu İŞİD-ə yozub. Bidətə meyilli şəxslər isə Sələf alimlərinin sözlərinə yox, zəlalət əhlinin sözlərinə aldanıblar. Harun Yəhyanın bu məsələyə girişməsi isə özünü Mehdi sanmasından qaynaqlanır ki, özündən xronoloji ardıcıllıq çıxardıb və deyir bunlardan sonra Mehdi çıxacaq. Yəni onun araşdırması öz xəbis məqsədinə xidmət edir. Fitnə vaxtı ara qarışanda zəlalət əhli də bundan istifadə edir. Necə deyərlər "ara qarşdı, məzhəb itdi." Bir də heç o batil araşdırmada qeyd olunan hədislərdə deyilməmişdi ki, "Qarabayraqlılar" haqq üzərində olacaqlar. Bir də heç bir araşdırmada görməmişəm ki, bu qədər zəif və uydurma hədislər qeyd olunsun. Axı belə hədisləri yayanlar görəsən o hədislərin səhihliyi ilə niyə maraqlanmırlar? Harun Yahyanın bu barədə yaydığı birinci hədisdə "Doğu tarafda siyah bayraklılar çıkacak" (Gaybeti-Numani, səh 228) Görəsən o niyə qeyd etmir ki, bu şiə mənbəsidir? Özü də araşdırmanın əvvəlinəki hədislərin əksəriyyəti şiə mənbələrinə isnad edir. Maraqlıdır, Harun Yahya niyə mötəbər Sünni mənbəsi tapa bilmədi? Tapa bilmədisə, niyə özündən çıxartdığı xronologiyanı sübut etməkçün şiə mənbələrinə üz tutdu?

7) Bundan əvvəki suallar sizə qəribə gəlməsin. Bu sual daha da qəribədir. İŞİD elan etmişdi ki, Kim cihadı qadağan edərsə, kafirdir. Bu sözü isə əslində öz əqidələrinə görə cəhmiyyə etiqadında olduğu üçün kafir olan İbn Həzmin sözündən götürüblər. (Biz isə ibn Həzmi müsəlman görürük) Cəhmiyyələrin necə zəlalət firqəsi olduğunu tövhid əhli yaxşı bilir. Maraqlı bir fakt isə Özünü "Azəri məcmuası "adlandıran İŞİD-ə bağlı kəslər də bir çağırışlarında İbn Həzmin sözlərini nəql edirlər. Ya, bunlar zahiri məzhəbindəndirlər, ya da kim bunlara sərf edirsə, onun sözünü götürürlər? Bunu necə başa düşək?

8) İŞİD yaraqlıları elan ediblər ki, İŞİD dövləti qurulmamışdan bütün dünya "Darul-küfr" (küfr diyarı) idi. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) isə bu ümmətin zəlalət üzərində birləşməyəcəyini bildirib. Bilirik ki, yer üzü yalnız küfrlə və kafirlərlə dolduqda qiyamət qopacaq. Bunu bildiyimiz halda, biz bunu necə qəbul edək?

9) Bəs İslam nişanələri olan əzan, məscidlər, camaat namazları, hicab, bayram namazları qılınan yerlərin olması; həmçinin, orucun, zəkatın, həccin, əmri bil-mərufun, nəhyi anil-münkərin icra edilməsi və s bir çox İslama dəlalət edən nişanələrin zahirdə olmasını necə inkar edilə bilər? Məgər bunlar İslama dəlalət etmirmi? Küfr diyarı ilə İslam diyarını ayıran bu nişanələri İŞİD qəbul edirmi? Yoxsa, onlar Allahın şəriətindən başqa bir şəriət gətirmək istəyirlər?

10) Şamın fəziləti haqqında hədislər 1400 ildir ki, var. Ümmətdən bunu inkar edən olmayıb. Lakin, ümmət içində heç vaxt bu hədislər bu günkü kimi qabardılmayıb. Bunu qabardanların məqsədləri nəyə xidmət edir görəsən?

11) İŞİD elan etmişdi ki, kitab əhli (yəhudi və xristyanlar) sülh və aman istəyirlərsə, bizimlə əhd bağlasınlar. Yaxşı bəs İŞİD-lə əhd bağladıqdan sonra, əhdi pozub başqa İslami dəstələrlə əhd bağlasalar, onda İŞİD-ə görə onların hökmü necə olacaq? Əgər desələr ki, mürtəd olur və ya zimmi sayılmır, bəs necə olur, hər iki tərəf müsəlmanla əhd mümkün olur, lakin biriylə əhd edəndə mürtəd olurlar, o biriylə yox? Demək bunlar yalnız özlərini müsəlman görən xavariclərdir. Elə deyilmi?

12) İŞİD-in növbətli oyunu özüün xəvaric əlamətlərini gizlətməsi, hədislərdə gələn xəvaric vəsflərindən bəzilərini gizlətməyə çalışmasıdır. Onlar quldurluq edir. Bunu bütün dünya bilir.

1) Hədd cəzası məsələsində azğınlıq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədd cəzası verib. Lakin, baş kəsmək, özü də qoyun kimi və s. və ya qəddarlıqla öldürmələr etməyib. Şübhəsiz ki, İslam bunlardan və əməllərindən uzaqdır. Bunların hədd cəzalalarının tətbiqində etdikləri cahilliklər və amansızlıqlar da bunu göstərir. Əslində şəriətə görə baş kəsilmə cəzası bir qılınc zərbəsi ilə olmalıdır. Özü də bu cəzaya layiq olan kafirə. Bunlar isə istədikləri adamın başını kəsə bilirlər.

2) Xavariclərin içində alim olmaması məsələsi: bn Abbas dövründəki xavaric içində alim olamdığını demişdir. Bunlar da özlərinə elm donu geyindirmək üçün bir siyahı çıxarıb özlərinə beyət "elm adamları"nın adlarını verdilər. Nəticədə göründü ki, onların içində heç biri ümmətdə alim kimi tanınmayan insanlardır. Bu hiylələri də boşa çıxdı.

3) Saçlarını uzadırlar: Raqqa şəhərində çıxardıqları qanunlardan biri də "Kişilər saçlarını uzatmalıdır. Saçlarını qırxanlara 70 şallaq cəzası veriləcəkdir". Hədislərdə gələn xavaric əlamətlərini gizlətmək üçün saçın ümumiyyətlə qırxılmaması fətvasını veriblər. Daha düzünü Allah bilir. Bu fətva ilə də başqa bir zəlalət firqəsinə bənzəyiblər ki, o firqəyə görə saç ziynətdir, onu qırxmaq olmaz. O firqə Bəhai firqəsidir. Lakin, yenə də haqqa müvafiq olmamışlar. Əksinə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) şəriətinə müxalif olmuşlar.
Bu gizlətmələri sırasını uzatmaq olar. Lakin, biz bununla kifayətlənirik. Bəsirəti olanlar üçün isə hər şey göz qabağındadır.


13) Araşdırmalar nəticəsində bir videoda yazıda başqa dəstədən olan bir düyüşçü (təbii ki, onlar batil üzərində çıxan) etiraf edir ki, İŞİD-dən 10-nəfəri dindirdim, heç biri "LƏ İLƏHƏ İLLƏLLAH"`ın mənasını bilmədi. (Yəni, həqiqi mənasını və ya şərtlərini). Görəsən bu şəriət qurduqlarını iddia edən insanların şəri bilgiləri hansı dərəcədədir?

14) İŞİD-çilər bir yerdə "müsəlmanları bura (sülhlə) çağırırıq deyirlər, bir yerdə isə müsəlmanları dövlətimizə qılıncla da olsa girməyə məcbur edərik deyir" bunu necə başa düşək?

15) Qoy onlar xavariclələ murciələr arasındakı imanın doğru tərifini açıqlasınlar. Yoxsa, bunu niyə bəyan etmirlər ki? Və ya özlərinə görə olan imanın tərifini açıqlasınlar. Bunu niyə etməyiblər bu vaxta qədər? Yoxsa, başları döyüşə qarışıb?

16) İŞİD-çilər, İslamdan çıxaran "NAVAQİDUL-İSLAM" şeylərdən danışır, bu kim "İslamdan çıxaran şeyləri edərsə kafirdir" deyirlər. Lakin, o şeyləri niyə sadalamırlar. Yoxsa, onların yeni şəriətinə görə "navaqidul-İslamın" sayını artırıblar?

17) Tutduqları şəhərlərdə elan etdikləri qanuna görə "Qadınlar örtünməli və kişilərə qarışmamalıdırlar" Çox gözəl! Bəs Elə həmin şəhərlərdən Ətamə, Həriytan və Raqqa`nın bazarlarında qadınlar kişilərə qarışıb. Özü də az deyil ki, kişilər çiyinlərində silahlarla qadınlara baxırlar. Bu nədir? Yoxsa, onlarda qadınlara baxmaq icazəlidirmi? İndidən şəriəti beləmi tətbiq edirlər?

Qeyd:

Bu məqaləni hazırlamaqda məqsədimiz: Bəzi imanlı gənclərin bəzi hədisləri yalnış anlayıb mənhəcdə böyük səhvlərə yol vermələridir. Unutmayaq ki, alimlərimiz buyurublar ki: "Qiyamətin əlamətləri haqqındakı hədisləri bu hədis filan, filan hadisəyə görədir demirik, yalnız bunu ümmətin alimləri baş vermiş əlamətlərdən hansısa olsa, elmə, dəlilə əsasən deyə bilər" – Bəli, alimlərimiz bu haqda danışıblar ki, ümmət özbaşına hədislərdən hökmlər və fərziyyələr çıxarmasın.

Sonda Allahdan istəyirik ki, bu məqaləni son hadisələri izləyən və "parlaq şüarlara" aldanmaq istəməyən kəslərə bəzi sualların və şübhələrin cavabını tapmaqda yardımçı olsun.

Müvəffəq edən Allahdır!

Hazırladı: Allahın rəhminə möhtac bəndə.

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1423 | Yüklədi: selefimedia