Baş səhifə » 2015 » Oktyabr » 17 » İngilislərin "Aşura matəmi" hiylələri...
09:29
İngilislərin "Aşura matəmi" hiylələri...



Musa əl-Musavi özünün "əl-Şiə vəl-Təshih" adlı əsərində belə buyurur:

“Heç şübhəsiz ki, Məhərrəm ayının 10-cu günündə Hüseyinə matəm saxlamaq yolunda qılıncla başa vurmaq və kəsmək ənənəsi İraq və İran və Hindistana həmin torpaqlar İngilislər tərəfindən işğal olunduğu zaman gəlib çıxmışdır. İngilislər şiələrin cahilliyi və sadəlövhlüyü, İmam Hüseyinə olan dərin məhəbbətindən sui-istifadə etmiş və qılıncla başlarına vurmalarını öyrətmişlər. Son vaxtlara kimi Tehran və Bağdadda yerləşən Britaniya səfirlikləri Hüseyni yürüşlərinə sponsorluq etmişlər. Belə ki, bu cür yürüşlər zaman küçə və xiyabanlarda xoşagəlməz mənzərə görünürdü. Bu cür xoşagəlməz mənzərəni formalaşdırmaq və bundan ən pis formada sui-istifadə etməkdə Britaniyanın imperialist siyasətinin məqsədi Hindistanda və digər müsəlman ölkələrində mövcud olan İngilis müstəmləkəçiliyinə qarşı çıxan İngilis xalqı və digər azad mətbuat qarşısında özlərinə məqbul bir üzr, əsaslandırma formalaşdırmaq və bu ölkələrin xalqlarını barbar kimi və özlərini isə onları bu cəhalətdən və barbarlıqdan xilas edəcək biri kimi qələmə vermək idi. Aşura günü küçələrdə addımlayan parad şəkilləri və zəncirlərlə bellərinə vuran və qanadan, xəncər və qılıncla başlarına vuran minlərlə insanın iştirak etdiyi bu surətlər İngiltərə və Avropa qəzetlərində dərc olunurdu. Siyasətçilər bu insanların ölkələrini müstəmləkə altına almalarını insanlıq vəzifəsi deyə əsaslandırırdılar, yəni burada sanki mədəniyyət elə səviyyədə idi ki, bu insanları mədəniyyət və tərəqqiyə doğru aparmaq üçün bu ölkələr müstəmləkəyə çevrilməli idi. Deyilənə görə İraqın İngiltərə tərəfindən işğalı zamanı İraqın Baş naziri Mandata son qoyulması üçün İngilislərlə danışıqlar aparmaq məqsədilə Londona səfər etdikdə İngilislər ona belə cavab vermişdilər: “Biz İraq xalqının tərəqqi əldə etməsi və xoşbəxtliyə nail olması, onları barbarlıqdan xilas etmək üçün İraqa gəlmişik. Bu sözlərdən təsirlənən Yasin əl-Haşimi qəzəbli şəkildə danışıqların keçirildiyi otağdan çıxmışdı. Lakin İngilislər nəzakətlə üzrxahlıq etmiş və ondan çox xahiş etmişdilər ki, İraq haqqında sənədli bir filmə baxsın. Həmin sənədli film Nəcəf, Kərbala və əl-Kəzimiyyədə küçələrdə Hüseyni yürüşləri barədə idi. Sənədli filmdə özlərini xəncər və zəncirlərlə vuran insanların dəhşətli və ürək ağrıdıcı şəkilləri göstərilirdi. Bununla İngilislər sanki ona belə demək istəyirdilər: “Özündə azca belə mədəniyyət daşıyan savadlı bir xalq özlərinin başına bu cür işlər açarmı?!"

Sitatın sonu.

---

 

İmam Buxari (1) və İmam Müslim (2) , Abdullah ibn Məsuda (Allah ondan razı olsun) istinadən onun belə söylədiyini xəbər verirlər: 

“Peyğəmbər sallallahu aleyhi və səlləm dedi:

“Yanaqlarına döyən, paltarlarını parçalayan yaxud Cəhalət dövrünün fəryadı ilə fəryad edən bizdən deyil”.


Aşura günü şiələrin etdiyi bu cür töhmət olunacaq əməllərin İslam dinində heç bir əsası yoxdur. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm, nə də onun əshabələri bunları etməmişdir. Özü yaxud başqa bir kəs vəfat etdikdə onun silahdaşlarından heç biri bu cür əməllər etməmişdir. Halbuki, Peyğəmbərimizin sallallahu aleyhi və səllləm vəfatı ilə baş verən itki, müsibət Hüseynin (Allah ondan razı olsun) vəfatından daha böyük idi.


əl-Hafiz ibn Kəsir (Allah ona rəhmət etsin) deyir:

“Hər bir müsəlman Hüseynin (Allah ondan razı olsun) qətlinə görə hüznlənməlidir. Çünki o müsəlmanların öndərlərindən bir öndər, səhabələrin alimlərindən bir alim,  Allahın Rəsulunun ən fəzilətli qızının övladı idi. Hüseyin sadiq bir abid, şücaətli və səxavətli bir şəxsiyyət idi. Lakin Şiələrin hüzn-kədər təzahürü olaraq etdiklərində heç bir xeyir yoxdur, belə ki, bunların əksəriyyəti göstəriş xarakteri daşıyır. Hüseyinin atası (Əli ibn Əbi Talib) ondan daha xeyirli idi və o da qətlə yetirilmişdi. Belə ikən (şiələr) Hüseyində olduğu kimi onun vəfatını matəm kimi qeyd etmədilər. O (Əli) Hicrətin 40-cı ilində Ramazan ayının 17-i Cümə günü məscidə sübh namazına gedərkən qətlə yetirilmişdi. Əhli Sünnə vəl Camaata görə Osman Əlidən üstündür və o Hicrətin 36-cı ilində Zül-Hiccə ayında Təşriq günlərində evi mühasirəyə alınaraq qətlə yetirilmiş, boğazı şahdamarından ayrılmışdı (bir-damarından o biri damara kimi), lakin insanlar onun vəfatını matəm elan etmədilər. Ömər ibn əl-Xəttab isə fəzilətlcə Əli və Osmandan üstün idi, sübh namazında mehrabda durub Quran oxuyarkən qətlə yetirildi. Lakin insanlar onun vəfatını matəm etmədilər. Əbu Bəkr əs-Sıddq isə Ömərdən daha fəzilətli idi, lakin insanlar onun vəfatını matəm etmədilər. Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) bu dünya və axirətdə Adəm övladlarının öndəridir və Allah digər peyğəmbərlər vəfat etdiyi kimi onu da Öz yanına götürdü, lakin heç kəs onların ölüm gününü matəm etmədi. Bu savadsız Rafizilər kimi Hüseyinin qətlə yetirildiyi gündə gördüyü işləri etmədilər...Bu cür və bənzər müsibətləri yad edərkən söyləniləcək ən xeyirli söz Əli ibn əl-Hüseyinin (Allah ondan razı olsun) babasına, yəni Allah Rəsuluna istinadən söylədikləridir: “Başına müsibət gələn və bu müsibət uzaq keçmişdə baş vermiş olsa belə, bunu xatırlayarkən İnnə lilləhi va innə ileyhi raciun söyləyən elə bir müsəlman yoxdur ki, Allah onun başına müsibət gələn həmin günə bərabər ona savab yazmış olmasın”.


İbn Kəsir sözünə davam edərək buyurur:

“Rafizilər 400-cü il və buna yaxın dövrdə Bəni Büveyh dövləti zamanı ifrata getmişdilər. Bağdadda və digər şəhərlərdə Aşura günü təbillər çalınır, küçələrdə, bazar yerlərində qum və saman səpələnirdi, dükanlarda kisəlik parçalar asılırdı və insanlar öz hüznlərini ifadə edir və ağlayırdılar. Həmin gecə çoxları Hüseyinə hüsn-rəğbət əlaməti olaraq su içmirdi. Çünki o susuz ikən öldürülmüşdü. Daha sonra qadınlar ayağıyalın bayıra çıxıb fəryad edərək üzlərini və sinələrini şapalaqlayırdılar, bazar yerlərində ayağı çılpaq gəzirdilər və digər məzəmmət olunacaq bidətlər...Bu və bənzər əməlləri etməkdə onların niyyəti Bəni Umeyyə (Əməvilər) dövlətinə qarşı çıxmaq idi. Çünki Hüseyin onların vaxtında öldürülmüşdü." (3)

Şeyxu-l-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:


“Hüseyinin (Allah ondan razı olsun) qətli səbəbindən şeytan insanları iki bidəti etməyə sövq etdi:


1)Aşura günü matəm və ağlaşma bidəti-yanaqlara vurmaq, ağlaşmaq və mərsiyələr demək...

2) və şadyanalıq etmək və bunu qeyd etmək bidəti...

Beləcə bəziləri matəm, digərləri isə mərasim bidətini təqdim etdilər. İkincilər Aşura gününü kuhl vurmaq, qüsl etmək, ailəyə xərcləmək və xüsusi yeməklər hazırlanan bir gün hesab etdilər...Hər bir bidət zəlalətdir. Müsəlmanların dörd imamlarından heç biri və yaxud hər hansı bir alim bu iki əməldən heç birini müstəhəb hesab etməmişdir”. (4)

-----------------

Mənbələr:

[1] 1294 saylı hədisdə.
[2] 103 saylı hədisdə.
[3]Hədisi  İmam Əhməd və İbn Macə rəvayət ediblər. əl-Bidəyə vən-Nihəyə (8/221).
[4] Minhəc əs-Sünnə, 4/554.



Materiallı hazırlayarkən  http://www.dinifetvalar.com/  saytının məqalələrindən istifadə edilmişdir.


Hindistanda Aşura günü:



 

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 2269 | Yüklədi: Azerislamoglu