Baş səhifə » 2013 » Oktyabr » 26 » İmanını yoxla! Ölkənin hakimi üçün dua edirsənmi?
15:40
İmanını yoxla! Ölkənin hakimi üçün dua edirsənmi?
İmanını yoxla!

Ölkənin hakimi üçün dua edirsənmi?



Şeyx İbn Baz rahimahullahdan müsəlman rəhbərlər üçün dua etməyən kəslər haqqında soruşuldu və Şeyx cavab verdi:

"Bu onların cahilliyindən və uzaqgörən olmamalarından qaynaqlanır.Axı rəhbər üçün dua Allaha yaxınlaşmaq üçün ƏN BÖYÜK vasitələrdən və ibadətin ƏN YAXŞI növlərindəndir.Bu həmçini  Allaha və onun qullarına ƏN SƏMİMİ münasibətlərdəndir.Rəsulullah sallallahu aleyhi və səlləmə deyildi:"Daus qəbiləsi qəbul etmədi, onlar KAFİRdirlər.O (sallalahu aleyhi və səlləm) cavabında :"Ey Allahım! Daus qəbiləsini doğru yola yönəlt və mənə gətir" dedi.Və Allah onları doğru yola yönəltdi və və onlar Onun (sallallahu aleyhi və səlləm) yanına müsəlman olaraq gəldilər.Beləliklə iman gətirənlərin üzərinə insanların xeyrə gəlməsi üçün dua düşür.Ən çox üstünlüyüdə rəhbərlər üçün duaya vermək lazımdır.Çünki onların islahı bütün cəmiyyətin islahıdır.Və bu dua ƏN VACİB dualardandır və səmimilyin təzaühürünə ehtiyac olan ƏN VACIB növlərindəndir.Onun  haqqa yönəlməsi,bu yöndə ona kömək edilməsi,imanlı ətrafı haqqında dua etmək.Bu Allaha yaxınlaşmaq üçün ƏN VACİB əməl və vasitələrindəndir.Və İmam Əhməddən (rahimahullah) rəvayət edilir ki o buyurub:"Əgər mən bisəydim mənim qəbul olnacaq bir duam var onu hakim haqqında edərim".Bu həmçini Fudeyl bin İyaddan (rahimahullah) rəvayət edilir."

Məcmuu əl Fətava, 8/210.
-----
Şeyx Saleh əl Fəuzan:

"Muhamməd ibn Saleh əl-Useymin rahimahullah: Kim ki hakim üçün dua etmir bunda BİDƏT və iyrənc xaricilik , hakimə qarşı başqaldırma BİDƏTi var.Əgər SƏN Allaha,Onun Kitabına, Onun Rəsuluna, müsəlmanların hakiminə və ümumən müsəlmanların cəmiyyətinə qarşı səmimi olsa idin hakim üçün dua edərdin.Çünki hakim iman əhli olarsa xalqda o zaman iman əhli olar.Bəzi insanlar hakimlərdə hansısa sapma gördükləri zaman və sən dediyin zaman ki:"Dua et ki Allah onu doğru yola qaytarsın." o cavab verir:"Yox, yox.Allah onu qaytarmaz.Mən dua edəcəyəm ki Allah onu məhv etsin." Necə yəni "qaytarmaz"?!Məgər Allah küfür başçılarından belə bəzisini doğru yola yönəltmədimi?" Yönəltdi! Sonra əgər sən istədiyin kimi Allah onu məhv edərsə onun əvəzinə kim gələcək? Kim onu əvəz edəcək? Hal hazırda ərəb ölkələri var ki orada inqilablar baş verib.Oranın əhalisindən soruş.Hansı dövrdə yaxşı idi.Onların ölkələri krallıq olan zamanmi yoxsa inqilabdan sonra? Onlar xorla -onlardan ayaq üstə olan, oturan. uzananda- xorla cavab verərlərki, onların ölkəsi krallıq olan zaman bundan min dəfə YAXŞI idi.Və bu açıq aydın bir vəziyyətdir"

"Likə əl bəb əl məftuh",169
------
İbn Teymiyyə rahimahullah:

"... İmam Əhməd xəlifə və onu döyərək həbs edənlər üçün dua edirdi.Onlar üçün etdikləri haqsızlıq üçün Allahdan bağışlanma diləyərdi"

Məcmuu əl Fətava,13/489 

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 701 | Yüklədi: selefimedia