Baş səhifə » 2015 » İyun » 22 » İlk Ramazanım.
09:51
İlk Ramazanım.



------------------
-------
---

İlk Ramazanım.

***


Ramazan hilalını

Bütün günü gözlədim,
Ruhum qanad çalırdı,
Yaşarmışdı gözlərim.

Unutmaram Allahın 
Mənə verdiyi nuru,
Mübarək Ramazanın
İlk günündə orucu

Sevincindən atamın
Üzü işıq saçırdı
Anam gövrək səsilə
Sahura çağırırdı.

Yay ayının istisi
Mənə təsir eləməz,
Allah Mərhəmətlidir,
Mömin yolundan dönməz.

İftar-şükür süfrəsi
Mömin üçün bir dərsdir.
Bu ayda oruc tutmaq
Müsəlmanlara fərzdir.


Hazırlayan: Ummu Xalid.


https://www.facebook.com/gozumuzun.nuru.ovladlarimiz

Bölmə: Gözümüzün nuru övladlarımız. | Baxılıb: 470 | Yüklədi: Azerislamoglu