İbrət !!! - 10 Августа 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » Avqust » 10 » İbrət !!!
10:47
İbrət !!!
İbrət

 

Yaranma qayəsin bilmədi insan,

Günlər aylar oldu, aylar da illər...

Əcəl qəfil gəldi, vermədi aman,

Qəbirdə mələklər sual verdilər.

Soruşdu: "Rəbbin kim?” - cəhd etdi insan

Danışsın, amma ki, dinə bilmədi.

Nə elçi, nə kitab yada düşmədi,

Dininə "İslamdır!” deyə bilmədi...

 

Bu an yada düşdü bir çox məqamlar:

İçki məclisləri, qumarxanalar,

Gizlidə  baxdığı pornokanallar

Daha neçə-neçə böyük günahlar...

 

Kaş ki lənətlənmiş fani dünyada

Zaman nemətini puç etməyərdi...

Kaş ki, hər bir şeydə şəriksiz olan

Vahidul-Əhədə qulluq edərdi...

Kaş ki, şəhadəti dilində deyib

Əməldə layiqli icra edərdi...

Kaş ki, namaz qılıb, ixlaslı qəlblə

Əli titrəmədən zəkat verərdi...

Kaş ki, oruc tutub, hər bir loxmasın

Allahın adıyla, halal yeyərdi...

Kaş ki, ayaqyalın, düm ağ ehramda

"Ləbbeyk Allahummə, ləbbeyk” deyərdi...

 

İndisə başqadır düm ağ geyimi,

Artıq bundan sonra yoxdur seçimi!

Cəhənnəm atəşi oldu məkanı,

Sənin də gələcək bir gün zamanın!

Unutma, ölümü dadacaq hər kəs!

Bunu vəd etməyib Rəbbimiz əbəs!

Şeirdən ibrət al, ey fasiq insan!

Vaxtın dəyərin bil, qəflətdən oyan!

 

Fərhad.

12 Zül-Hiccə 1432

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 292 | Yüklədi: selefimedia