İbnul Cəvzi:"Qəzəbli birisinə qarşı hikmətli davranışın qaydaları." - 15 Ноября 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » Noyabr » 15 » İbnul Cəvzi:"Qəzəbli birisinə qarşı hikmətli davranışın qaydaları."
16:17
İbnul Cəvzi:"Qəzəbli birisinə qarşı hikmətli davranışın qaydaları."

Qəzəbli birisinə qarşı hikmətli davranışın qaydaları.



 

Əbul Fərəc İbnul Cəvzi rahimahullah:

 

"Yoldaşının qəzəbləndiyini və qəbul edilməz sözlərə baş vurduğunu gördüyün zaman sənin onu ciddi qəbul etməmən, bunlardan ötrü onu qınamaman lazımdır.Çünki o baş verəni anlamayan sərxoş insan misalındadır.

Əksinə onun qəzəbənin zahirə çıxmasına fikir vermə və onun edtiklərini ciddiyə alma.Çünki şeytan artıq ona qalıb gəlmiş və o etdiyini anlamaz dərəcəyə çatmışdır.

Əgər sən onun etdiyinə qəlbində büğz etsən və onun etdikləri miqdarında cavab versən o zaman sənin etdiyin ağlı başında bir insanın ağlından məhrum olmuş birisinə qarşı durmasına və ya anlaqlının özündən getmiş birisinı qınamasına bənzəyəcək.

Əksinə ona mərhəmət və şəfqət ilə bax.Onun əməlinə üzr axtar.Və onda olan bu xasiyyət dəyişikliyini hesaba al.Bil ki, o özünə gələndə baş verənlər haqqında peşman olacaq və sənin ləyaqətını, səbrini qiymətləndirəcək.

Ən azından o sakitləşənə qədər onun qəzəb halında etdiyi əməllərinə (sanki) razılaş. Eyni yanaşmanı oğula atasının qəzəb halında etdiyinə, qadına isə ərinin qəzəb halında etdiyinə sərgiləməsi lazımdır. Qadın onu sözlərini tamalayana qədər sakit buraxır və eləcədə bu sözlərinidə ciddi qəbul etmir.Və tezliklə o (kişi) etdiyi barədə peşman olaraq üzr istəyəcək.

Lakin çox insanlar bu yolu tutmurlar.Onlar qəzəbli birisinə tuş gələn zaman onun eyni sözlər və əməllərlər cavab verirlər.

Bu isə hikmətə ziddir.

Əksinə hikmətə uyğun olan mənim əvvəldə sadaladığımdır.


"Onları isə ancaq dərk edən adamlar anlayarlar"

 

(əl-Ənkəbut,29)

 

"Səyd əl-Xatir" 1/295—296

Bölmə: Faydalar | Baxılıb: 345 | Yüklədi: Azerislamoglu