Baş səhifə » 2015 » Avqust » 3 » İbn Useymin: "Əgər dəvətçini dinləyən yoxdursa..."
07:22
İbn Useymin: "Əgər dəvətçini dinləyən yoxdursa..."

İbn Useymin:

"Əgər dəvətçini dinləyən yoxdursa..."

------

Sual:

" Əgər İslam dəvətçisinə qulaq asan yoxdursa o kədərlənib, ümüdünü itirməlidirmi? "

 

İbn Useymin (Allah rəhmət etsin) dedi:
 

"O dəvətini tərk etməməlidir.Əgər onu hətta bir nəfər beıə dinləyərsə bu onun üçün kifayətdir.Əgər (dəvət etdiyi halda) ona qulaq asan yoxdursa o üzərinə düşən vəzifəni yerinə yetirib.Dəvətçi üçün kifayətdir ki. o haqq yolu tərifləyir, batili isə alçaldır.

Eləcədə məsələn, kimsə haram işləyər və siz onu dəvət edərkən dinləməzsə bunu edən artıq gələcəkdə harami rahat qəlblə işləyə bilməycək və ola bilərki bir müddət sonra bu haramı tərk etsin.Hətta bu sizin ölümünzdən sonrada ola bilər amma buna səbəb sizin nəsihətiniz ola bilər.

Bir gənc xəstaxanada imiş və növbəsini gözləyərkən siqaret çəkirmiş.Başqa birisi ona yaxınlaşaraq siqaretin haramlılığı haqqında nəsihət etmək istəyir.Ona "Sən siqareti çəkməyə başlayan zaman "Bismilləh" deyirsənmi?" , "Qurtaran zaman "Əlhəmdulilləh deyirsənmi?", "Sonda onun qalığını təmiz yerə qoyursan yoxsa zibiləmi atırsan?" deməklə etdiyi əməlin batilliyinə işarələr verir.Bir müddət sonra həmən nəsihət edən adam yol kənarında taksi gözləyirmiş.Onun yanında içərisində səliqəli geyinmiş bir gənc maşınını saxlayır. Sual verir:"Məni tanıdınmı? Mən sənin xəstəxanada siqaret haqqında nəsihət etdiyin gəncəm.Sənin gözəl nəsihətin səbəbi ilə Allah məni Özündən qorxmağa vadar etdi."

Bu onu göstərirki dəvətin yolu ən gözəl şəkildə olmalıdır.Həmçini ən gözəl dəvət metodlarından biridə dərs və xütbələrin yazıları olan kasetləri (diskləri və s..) yaymaqdır.Dinləyənə qəlbinə rahat yol tapacaq maraqlı və (asan anlaşılacaq tərzdə) yüngül dərslər tapmaq lazımdır.Bizim (insanlara) danışdıqlarımız unudulur. Amma yazıda olanları isə dəfələrlə dinləmək olur. Ola bilərki bizim kaset verdiyimiz(də) nə vaxtsa onlara qulaq asar və günahlardan tövbə edər.

Məsələn bir oğlan daima müsiqiyə qulaq asırmış.Onun bacısı (dəvət üçün) qardaşının avtomobilinə içində məhşur şeyxlərdən birinin gözəl bir xütbəsi olan kaseti qoyur.Bir gün oğlan dostu ilə gəzərkən təsadüfən həmən kaseti işə salırlar və qulaq asmaqla hər iksini tövbə edirlər.

Yəni biz dərs və xütbələri (bu şəkildə) yayarıqsa və kimsə onları dinləyərk haqq yola qayıdarsa o zaman bizədə bundan mükafat yazılar."

--

"Şərh Kitabu Tövhid"

Bölmə: Faydalar | Baxılıb: 539 | Yüklədi: Azerislamoglu