Baş səhifə » 2015 » Oktyabr » 14 » İbn Qeyyim əl-Cövziyyə:"Özü və başqası üçün sevilən."
10:01
İbn Qeyyim əl-Cövziyyə:"Özü və başqası üçün sevilən."


 

Özü və başqası üçün sevilən.

( BU QAYDALARA DİQQƏT ET!  )

---

Sevgili iki cürdür: Özü üçün və başqası üçün sevilən.

Başqası üçün sevilən sonunda özü üçün sevilənə gətirib çıxarır.Ardıcıllığı pozmaq qeyri mümkündür.Həqiqi sevgilidən başqa hər şey başqası üçün seviləndir.

Özü üçün sevilən ALLAHdır.

Ondan başqa sevilən hər şeyin sevgisi Onun sevgisinə tabedir.Onun mələklərini, peyğəmbərlərini və dostlarını sevmək buna misaldır.Bu sevgilər Onun sevgisinə tabedir və Onun sevgisini şərtləndirir.Sevgilinin sevgisi onun sevdiklərini sevməyi tələb edir.

Bu diqqət edilməsi vacib olan məsələdir.Bu başqasına fayda verən sevgi və fayda verməyən, əksinə bəzən zərərə verən sevgi ilə ayırıcı nöqtədir...

---

Ondan savayı  sevilməyən şeylər ancaq, sevgisinə tərs və müxalif olduqları üçün sevilməz , nifrət edilər.

Hər hansı bir vəsf, hərəkət, iradə onun sevgisinə nə qədər zidd olarsa, ondan o qədər nifrət edilər....

---

Rəbb taalanın sevmədiyi şeyi sevən və sevdiyi şeyi sevməyən
kəsi gördüyümüz zaman onda Allaha qarşı nə qədər DÜŞMƏNÇİLİK olduğunu görürük.

Eynilə Rəbbin sevdiyini sevən, sevmədiyini də sevməyən
şəxsi gördükdə onda Allaha qarşı nə qədər DOSTLUQolduğunu bilirik.
 

Allaha sevimli şeylər onada sevimli olar, onda üstünlük təşkil edər. Allahın sevmədiyi şeyləri o da sevməz və onlardan uzaq durar.

----

Bu prinsipi həm özün , həm də başqaları barədə son dərəcə diqqətində saxla!

Allahla dostluq sevgi və nifrətlərində Onunla uyğun olmaqdan ibarətdir.

Bu çoxlu oruc tutmaqla, namaz qılmaqla, özünü parçalamaqla və idmanla əldə ediləsi bir şey deyil.

--

İbn Qeyyim əl-Cövziyyə."Dərd və dəva." 99-cu fəsil.

_______

"Mədinə" qrupu tərəfindən göndərildi.
Faydalı məlumatlar istəyirsinizsə "qoşul" yazıb bu  WhatsApp nömrəsinə göndərib qrupa qoşula bilərsiniz
+966537311551

Bölmə: Faydalar | Baxılıb: 1233 | Yüklədi: Azerislamoglu