08:48 Əhməd bin Hənbəl: " Buna elm tələbəsi adı düşür " | |
Əhməd bin Hənbəl: " Buna elm tələbəsi adı düşür "
" İmam Bəqiy ibn Məxləd (Allah ona rəhmət eləsin) İmam Əhməd ibn Hənbəllə (Allah ona rəhmət eləsin) görüşmək və ondan elm almaq üçün Əndəlüsdən Bağdada kimi piyada səfər etdi. Bəqiy buyurur:Bağdada yaxınlaşdığım zaman İmam Əhmədin vaşına gələn imtahan xəbəri mənə çatdı və bildim ki,insanların onun ətrafında toplanması və dərs deməsi ona qadağan edildi. Bu hadisəyə çox kədərləndim.Bağdada çatdığım zaman əşyalarımı otağa qoydum sonra Əhməd ibn Hənbəlin mənzilini axtarmağa çıxdım.Evini tapdım,qapısını döydüm və İmam Əhməd özü qapını açdı.Dedim ki,Ey Abu Abdullah mən qərib diyardayam,hədis öyrəncisi və sünnəni yazmaq üçün ancaq sənin yanına səfərə çıxmışam.Mənə dedi ki,içəri gir heç kim səni görməsin.Və həmən məndən soruşdu və dedi:Mən indi sınağ qarşısındayam və tədrisdən təlimdən qadağan olunmuşam.Ona dedim ki,mən qərib bir insanam,əgər mənə izn verirsənsə,hər gün sənin yanına kasıbların və dilənçilərin libasında gəlib evinin yanında durum.Sən də mənim yanıma çıx bir hədisdə olsa mənə danış. -------------- | |
Bölmə: Faydalar | Baxılıb: 657 | |