09:50 "Əgər Rəsulullah səni görsəydi sevərdi!" | |
Zahidlik nümunəsi, tabiin Rabi ibnul Xeysəm. --- Bizə Cərir oda Abu Həyyandan oda atsından rəvayət etdi ki : - Rabi ibnul Xeysəmi iflic vurmuşdu və o namaza böyük çətinliklə gəlirdi. Ona dedilər: - Sənə axı bu məsələ (xəstəlik halında məscidə gəlməmək) yüngülləşdirirlb. O cavab verdi: - Mən bunu bilirəm.Lakin mən nicata çağırışı ( Hayyə aləl-fələh-Nicat tapmağa tələsin! ) eşidirəm. (1) - Asim rəvayət edir ki, Rabiyə deyildi: - "Dostların şeirlərdən misallar gətirir, lakin sən heç şeir söyləmirsən!” Rabi belə cavab verdi: "İstəmirəm ki, Qiyamət günü kitabımı açıb mənə şeir oxusunlar!” (2) -- Rabidən soruşdular: - Necə sabahladın? O cavab verdi: - Zəif və günahkar olaraq.Ruzimizi yeyir, əcəlimizi gözləyirik. (3) -- Abi Vail deyir Rabi ibnul Xeysəmin yanına getdik .Bizi görüb dedi: - Nə üçün gəlmisiniz? Ona : -Səninlə bərabər Allaha həmd etmək və Onu zikr etmək üçün gəldik. O dedi: - Allaha həmd olsun ki, "səninlə bərabər içki içməyə, zina etməyə gəldik" demirsiniz" !" (4) -- Bilal bin Munzirin rəvayətinə görə bir adam dedi: - Bu gündə Rabi ibnul Xeysəmin ağzından pis söz çıxarmasam ondan bunu heç zaman çıxara bilməyəcəyəm. Həmən adam Rabiyə yaxınlaşdı və dedi: -Ey Abu Yezid! Faitimənin oğlu Hüseyni öldürdülər. O həmən adama tərəf dönərək bu ayələri oxudu: - "De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!” Adam dedi: - Bəs sən bu haqda nə deyirsən? Rabi cavab verdi: - Nə deyə bilərəm.Gedəcəkləri yer Allahdır.Hesablarını verəcəkdə Odur." (5) - "Qullarımı müjdələ" -- 1."Zühd" , 2001 - | |
Bölmə: Faydalar | Baxılıb: 528 | |