Əgər qadın bilsəydi... - 11 Июня 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » İyun » 11 » Əgər qadın bilsəydi...
09:21
Əgər qadın bilsəydi...
Əgər qadın bilsəydi...

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:

1."Əgər kiməsə Allahdan başqasına səcdə etməyi əmr etsəydim, qadına əmr edərdim ki, ərinə səcdə etsin. Qadının əri onu miniyin üzərində belə tələb etsə və o da özünü təslim etsə, yenə də ərinin haqqını verə bilməz.."
(Təbərani 5/5116. əl-Albani "səhih” deyib)

2.
"Qadın ərinin haqqını vermədikcə imanın şirinliyini tapmaz.."
(Hakim (4/7325) rəvayət edib və"səhih” deyib)

3."Qadın ərinin haqqını vermədikcə, Allahın haqqını vermiş sayılmaz..."
(Təbərani 5/5084, əl-Albani "səhih” deyib)

4."Bəşərin bəşərə səcdə etməsi caiz olsaydı, ərin haqqının böyüklüyünə görə qadına əmr edərdim ki, ərinə səcdə etsin..."
(Əhməd 3/158, əl-Albani "səhih” deyib)

5.
"Əgər qadın ərinin haqqını bilsəydi, əri yemək yeyib qurtarana qədər ayaq üstə onun xidmətində durardı..."
(Təbərani 20/333)

6.
"Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər..”
(Əhməd 1661, əl-Albani "həsən” deyib)

7."Qiyamət günü ən çox əzab olunan insanlar iki sinifdir: ərinə asi olan qadın və insanların istəmədiyi halda onlara imamlıq edən imam.."
(Tirmizi 359, əl-Albani "səhih” demişdir

8."Ərinə ehtiyyacı olduğu halda ona təşəkkür etməyən qadının Allah üzünə baxmaz.."
(Nəsai "Sunənul Kubra” 5/9135, əl-Albani "səhih” demişdir)

9."Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm.." Soruşurlar: - Niyə görə ya Rəsulullah? "Küfr etdiklərinə görə" deyə cavab verir. Allaha küfr etdiklərinə görəmi? – soruşulduqda, Rəsulullah sallallahu aleyhi və səlləm dedi: "Yaşayışa küfr edirlər, yaxşılığa küfr edirlər.. Onlardan birinə ömrü boyu yaxşılıq etsən, sonra səndən bir şey görərsə, deyər ki: - səndən heç bir yaxşılıq görmədim.."
(Buxari 1052, Muslim 907)

10.
"SİZİN QADINLARINIZ CƏNNƏT ƏHLİDİR. O QADINLAR Kİ ƏRİNİ SEVƏR, ONDAN ÇOXLU ÖVLAD DÜNYAYA GƏTİRƏR VƏ ƏRİNƏ ƏZİYYƏT VERƏNDƏ TEZ ONUNLA BARIŞAR.."
Başqa bir rəvayətdə
"ƏRİNİ QƏZƏBLƏNDİRƏRSƏ, ONUN YANINA GƏLƏR, ƏLİNİ ƏRİNİN OVCUNA QOYARAQ DEYƏR: -VALLAHİ, SƏN MƏNDƏR RAZI QALMADIQCA YEMƏK YEMƏRƏM!.."
(Nəsai "Sunənul-Kubra 5\9139)

11."Üç nəfər var ki, onların namazı qəbul olunmaz: ağasından qaçan qul, əri ona qəzəbli halda gecələyən qadın və insanların istəmədiyi halda onlara imam duran imam.."
(Tirmizi 360, əl-Albani "həsən” demişdir

12.
"Əgər qadın ərinə bu dünyada əziyyət verərsə onun (Cənnətdəki) hurilərdən olan zövcəsi həmin qadına xitab edərək deyər: - Allah səni öldürsün, ona əziyyət vermə! O sənin yanında müvəqqətidir, bizim yanımıza gəlməsinə az qalıbdır.."
(Tirmizi 1174, əl-Albani "səhih” demişdir)

13.Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) ən xeyirli qadın haqqında soruşulduqda belə cavab verir:
"O qadın ki əri ona əmr etdikdə ona itaət edər, əri ona baxdıqda onu sevindirər, onun namusunu və malını qoruyar.."
(Nəsai 3231, əl-Albani "həsən” demişdir)

Hazırladi:

Abdullah abu Ali.




Bölmə: Maraqlı məqalələr | Baxılıb: 603 | Yüklədi: selefimedia