Baş səhifə » 2012 » Sentyabr » 16 » DƏNYAL PEYĞƏMBƏR
13:11
DƏNYAL PEYĞƏMBƏR

DƏNYAL PEYĞƏMBƏR

Əbu-l-Aliyə deyir ki biz Tustər şəhərini fəth edəndə Hurmuzanın (1) evində çarpayının üzərində uzanmış kişi meyyiti gördük.Onun baş tərəfində bir kitab var idi.Biz kitabı götürüb Ömər ibn əl-Xəttaba göndərdik.Ömər Kəəb adlı səhabəni çağırıb onu ərəbcəyə tərcümə etdirdi.O kitabı ərəbcə oxuyan ilk ərəb mən idim.Mən o kitabı da bu Quranı oxuduğum kimi oxudum.
Rəvayətçi deyir ki,mən Əbu-l-Aliyədən : "Orada nə haqqında yazılmışdı?” deyə soruşdum.
O dedi : "Orada gələcəkdə baş verəcək hadisələr haqqında yazılmışdı”
Mən : "Bəs o kişinin meyitini nə etdiniz?” - deyə soruşdum.
O dedi : "Biz gündüz vaxtı bir birindən ayrı on üç ədəd qəbir qazdıq.Gecə düşəndə insanlar onun hansı qəbirdə basdırıldığını bilməsinlər deyə,onu qəbirlərin birində dəfn edib digərlərini də doldurduq.Əgər yerini bilsəydilər onu yenə qəbirdən çıxara bilərdilər”
Mən : "ondan nə diləyirdilər?” - deyə soruşdum.
O dedi : "Bir müddət yağış yağmadıqda onu çarpayının üstündə çölə çıxarırdılar və yağış yağırdı”
Mən : "O adamın kim olduğunu güman edirsiniz?” - deyə soruşdum
O dedi : "O Dənyal adlı bir kişi idi”
Mən : "Onun neçə il öncə öldüyü ehtimal olunurdu?” - deyə soruşdum.
O dedi : "Üç yüz il olardı”
Mən : "Onun bədəni heç çürümüşdü?” - deyə sual verdim.
O dedi : "Xeyr təkcə başından bir az tük qopmuşdu”
- Həqiqətəndə peyğəmbərlərin cəsədini nə torpaq çürütmür nə də vəhşi heyvanlar yemir.
( Əbu-l-Aliyə nisbət edilən bu sənəd SƏHİHDİR )

Qeyd : Əgər onun vəfatı rəvayətdə deyildiyi kimi üç yüz il öncə olmuşdusa o,peyğəmbər deyil əməlisaleh insanlardan olub.Çünki Buxaridə rəvayət olunan hədisə (2) əsasən deyə bilərik ki,İsa ilə Muhəmməd arasında peyğəmbər olmayıb.Onların ikisinin arasında isə dörd yüz,digər rəvayətə görə altı yüz,yaxud altı yüz iyirmi il müddət olmuşdu.Belə olsa bu Dənyal Peyğəmbərin vaxtına yaxın olmuş olur.Təbii ki,bunları həmin adamın Dənyal olduğu halda deyirik.Ola bilər o başqa adamdır.Amma onun Dənyal olması ehtimalını gücləndirən səbəb var.Belə ki,farsların hökmüdarı Dənyalı özü ilə aparmış və orada onu həbsdə saxlamışdır.
Əbu-l-Aliyə istinad edilən səhih sənədli rəvayətdə onun burnunun bir qarış olduğu deyilir.Ənəs ibn Malikə (-radıyallahu anhu) yaxşı sənədlə istinad edilən rəvayətdə isə onun burnunun bir dirsək olduğu deyilir.Bu vəsflər onun qədimdə yaşayan bir peyğəmbərlərdən olduğuna nişanə ola bilər.Daha doğrusunu Allah bilir.

İbn Əbu-d-Dünyə,Əbdrrəhman ibn Əbu-z-Zinaddan,o da atasından rəvayət edir ki : "Mən Əbu Musa əl Əşarinin oğlu Əbu Burdənin əlində bir üzük gördüm.Onun üzərindəki naxışda bir kişi və yanına onu yalayan iki şir həkk olunmuşdu.Əbu Burda deyirdi ki,bu üzük buranın əhalisinin Dənyal olduğunu iddia etdikləri həmin o ölən adamın üzüyüdür.Əbu Musa əl-Əşari(-radıyallahu anhu) bu üzüyü onu dəfn edən gün götürmüşdü.

Əbu Burda deyir : "Əbu Musa əl-Əşari (-radıyallahu anhu) həmin yerin alimlərindən üzüyün üzərindəki naxışlar barədə soruşduqda onlar dedilər : "Münəccimlər və elm sahibləri Dənyalın vaxtında hökmüranlıq edən padşahın yanına gəlib deyirlər : "Filan gecə sənin mülkünü dağıdacaq və viran qoyacaq bir uşaq dünyaya gələcəkdir.Padşah dedi : "Allaha and olsun! Həmin gecə dünyaya gələn hər bir uşağı qətlə yetirəcəyəm”Onlar Dənyalı öldürmək üçün onu şirin qarşısına atdılar.Amma orada olan dişi və erkək şir uşağa heç bir xətər verməyib bütün gecəni onu yaladılar.Anası uşağın dalınca gələndə şirlərin onu yaladıqlarını gördü.Beləliklə Uca Allah onu xilas edib vəzifəsinə çatdırdı.
Əbu Burda deyir ki Əbu Musa əl-Əşari (-radıyallahu anhu) belə deyirdi : "Həmin yerin alimləri deyirdilər ki,Dənyal Uca Allahın bu lütfkarlığını unutmasın deyə həm özünün həm də onu yalayan şirlərin təsvirini üzüyünün üzərinə həkk etdirmişdi”
Rəvayətin sənədi HƏSƏNDİR.

1 – İranın Xuzistan əyalətinin canişini idi.Uzun müddət müsəlmanlara qarşı döyüşmüş sonra özü də İslamı qəbul etmişdir.
2 – Mən Məryəmin oğluna daha yaxınam.Peyğəmbərlərin ataları birdir.Mənimlə onun arasında heç bir peyğəmbər yoxdur (4334)

İbn Kəsirin "Əl Bidayə və-n-Nihayə” adlı kitabından

Tərcümə : Mədinə Şəhəri Beynəlxalq. Islam Universitetinin mə'zunu. Abdurrahim qardaşa məxsusdu. ( İmadəddin İbn Kəsir,Peyğəmbərlərin həyatı kitabından,səh576,577)

Köçürdü : Abduz-Zahir

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 412 | Yüklədi: selefimedia