✿
Cənnət Əhlindən kimləri
tanıyırıq..?! ✿
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir : - Həsən
və Hüseyn
Cənnətdəki cavanlar arasında ən hörmətli olacaqlar. Ataları
isə onlardan da xeyirlidir. [1]
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir : -
Həsən
və Hüseyn
Cənnətdəki cavanlar arasında ən hörmətli olacaqlar. Fatimə
də qadınlar arasında ən xeyirli olacaq. [2]
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) dedi : - Dünən
axşam Cənnətə daxil oldum. Baxdım ki, Cəfər
mələklərlə birgə uçur, Həmzə
isə çarpayının üstündə dirsəklənib. [3]
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) dedi : - Cəfər
ibn Əbi Talibin iki
qanadla mələk kimi Cənnətdə uçduğunu gördüm. [4]
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir : -
Cənnət qadınlarının ən fəzilətlisi Xuveylidin qızı
Xədicə,
Muhəmmədin qızı Fatimə,
İmranın qızı Məryəm
və Fironun zövcəsi
Muzahimin qızı Asiyadır.
[5]
•
Bir bədəvi Allah
Rasulunun (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi : -
Ey Allahın Rasulu..! Mənə elə bir əməl öyrət ki, onu yerinə
yetirdikdə Cənnətə düşüm. O dedi : - Allaha ibadət et,
Ona heç bir şeyi şərik qoşma, vacib namazları qıl, fərz olan
zəkatı ver və Ramazan ayını oruc tut..! Bədəvi dedi : -
Canım Əlində olana and olsun ki, mən bunlara heç nəyi əlavə
etməyəcəyəm və bunlardan heç nə əksiltməyəcəyəm..! Bədəvi
çıxıb getdikdən sonra Allah Rasulu (salləllahu aleyhi və
səlləm) dedi : - Kim Cənnət əhlindən olan adamı görmək
istəyirsə, qoy ona baxsın. [6]
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir : -
Ümmətimdən Cənnətə daxil olan ilk zümrə kasıb mühacirlər
olacaq. Onlar Qiyamət günü Cənnətin qapısına yaxınlaşacaq
və qapının açılmasını xahiş edəcəklər. Cənnət
gözətçiləri deyəcəklər : - Məgər siz haqq-hesab
olundunuzmu..? Onlar deyəcəklər : - Nəyimiz var idi ki,
haqq-hesab olunaq. Axı biz ölənə qədər ancaq qılınclarımız
çiyinlərimizdə Allah yolunda vuruşmuşuq. Sonra qapılar
onlar üçün açılacaq və başqa insanlar Cənnətə daxil olana
qədər onlar orada qırx il qalacaqlar. [7]
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir : - Əbu
Bəkr cənnətlikdir,
Ömər
cənnətlikdir, Osman
cənnətlikdir, Əli
cənnətlikdir, Talhə
cənnətlikdir, Zubeyr
cənnətlikdir,
AbdurRahmən
ibn Auf
cənnətlikdir, Səd
ibn Əbi Vəqqas
cənnətlikdir, Səid
ibn Zeyd
cənnətlikdir, Əbu
Ubeydə ibnul-Cərrah
cənnətlikdir. [8]
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir : - Əbu
Bəkr və Ömər
əvvəlki və
sonrakı Cənnət əhlinin yaşlıları arasında ən hörmətli
olacaqlar. Yalnız peyğəmbərlər və elçilər istisnadır. [9]
•
Buraydə (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu
(salləllahu aleyhi və səlləm) buyurdu : - Cənnət əhli 120
səffdir. Bu səfflərdən 80
bu ümmətdən, 40
isə digər
ümmətlərdən olacaqdır. [10]
•
İbn Abbas (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu
(salləllahu aleyhi və səlləm) buyurdu : - Biz (dünyaya
gəlməkdə) ümmətlərin ən sonuncusuyuq. Eyni zamanda
hesabları hər kəsdən öncə çəkilənlərik. [11]
•
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : - Cənnət,
Mən
girənə qədər digər Peyğəmbərlərə, Ümmətim
girənə qədər digər ümmətlərə haramdır. [12]
•
Əbu Hureyra (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu
(salləllahu aleyhi və səlləm) buyurdu : - Mənim yanıma
Cəbrail (aleyhissələm) gəlib əlimdən tutdu və ümmətimin
girəcəyi qapını göstərdi. Əbu Bəkr (radiAllahu) dedi : -
Ya Rasulullah..! İstərdim səninlə bərabər olum. Allah Rasulu
(salləllahu aleyhi və səlləm) : - Ey
Əbu Bəkr..!
Ümmətimdən Cənnətə
ilk olaraq girən kişi sənsən.
- deyə buyurdu. [13]
_________________________________________
1
- [ əl-Hakim, 3/167; "Silsilətul-Əhadisis-Səhihə”, 796;
"Səhihul-Cami”, 47 ] 2
- [ əl-Hakim, 3/167; "Silsilətul-Əhadisis-Səhihə”, 796;
"Səhihul-Cami”, 47 ] 3
- [ Təbərani,
2/107; əl-Hakim, 3/217; "Səhihul-Cami”, 3363 ] 4
- [ Tirmizi, 2/305; "Silsilətul-Əhadisis-Səhihə”, 1226 ] 5
- [ Əhməd, 1/322; "Silsilətul-Əhadisis-Səhihə”, 4/13 ] 6
- [ əl-Buxari, 2/506; Muslim, 1/44 ] 7
- [ əl-Hakim, 2/80; "Silsilətul-Əhadisis-Səhihə”, 853;
"Səhihul-Cami”, 96 ] 8
- [ ət-Tirmizi, 5/647-648; "Səhihul-Cami”, 50 ] 9
- [ ət-Tirmizi, 5/610; İbn Macə, 1/36;
"Silsilətul-Əhadisis-Səhihə”, 12/487 ] 10
- [ Tirmizi 2670, Əhməd 1/453, İbn Əbi Şeybə "Musənnəf”
11/471, ] 11
- [ İbn Məcə «Zuhd» ] 12
- [ Daraqutni
"əl-Əfrad”, İbn Kəsir 1/404 ] 13
- [ Əbu Davud 4652
]
Hazırladı:
CennetinEhli.doc
CennetinEhli.jad
CennetinEhli.jar
CennetinEhli.pdf
|