"Bunlardan BİRİNİ edəni əlindən tutub Cənnətə apararam..." - 15 Октября 2015 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2015 » Oktyabr » 15 » "Bunlardan BİRİNİ edəni əlindən tutub Cənnətə apararam..."
14:20
"Bunlardan BİRİNİ edəni əlindən tutub Cənnətə apararam..."


 

"Bunlardan BİRİNİ edəni əlindən tutub Cənnətə apararam..."

---

Beyhəqi Əbu Zərrə radiyallahu anhu istinadən onun belə söylədiyini rəvayət edir:


Mən dedim: “Ey Allahın Rəsulu, bir insanı cəhənnəm odundan nə xilas edəcək?"


O: “Allaha iman gətirmək”-deyə buyurdu.


Mən dedim: “Ey Allahın Rəsulu, bu imanla yanaşı hər hansı əməl varmı?"


O dedi: “Allahın ona əta etdiyi ruzidən versin”.


Mən dedim: “Ey Allahın Rəsulu, əgər insan yoxsuldursa və verməyə bir şeyi yoxdursa necə?"


O dedi: “Yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirsin.


Mən dedim: “Ey Allahın Rəsulu, yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirməyə gücü çatmırsa necə?"


O dedi: “Aciz olana yardım etsin”.


Mən dedim: “Əgər özü də aciz olub bir şey edə bilmirsə necə?"


O: “Məzluma yardım etsin”.


Mən dedim: "Özü zəif olub məzluma yardım edə bilməsə necə?"


O: “Deyəsən sən yoldaşında bir xeyir qoymaq istəmirsən?! Elə isə insanlara əziyyət verməkdən çəkinsin”.


Mən dedim: “Ey Allahın Rəsulu, bunu etsə cənnətə daxil olacaq?"


O: “Hansı mömin bu xüsusiyyətlərdən birini qazanmağa cəhd edərsə onun əlindən tutub cənnətə daxil olana qədər apararam”.(1)


Tövfiq Allahdandır.  
--

1) Şeyx əl-Albani “əl-Tərğib” (876) əsərində hədisi səhih deyə təsnif edib.

_______

"Mədinə" qrupu tərəfindən göndərildi.
Faydalı məlumatlar istəyirsinizsə "qoşul" yazıb bu  WhatsApp nömrəsinə göndərib qrupa qoşula bilərsiniz
+966537311551

Bölmə: Faydalar | Baxılıb: 916 | Yüklədi: Azerislamoglu