Baş səhifə » 2015 » Noyabr » 2 » " Bu dinin ona kömək edən Rəbbi var. "
08:27
" Bu dinin ona kömək edən Rəbbi var. "


 

" Bu dinin ona kömək edən Rəbbi var. "

------

Xəlifə əl-Vasiq Quranın məxluq olması inancını izhar edib və ona müxalif olanları zindana atmağa başlayanda İmam Əhmədin yanına aralarında Bəkr İbn Abdullah, İbrahim İbn Əli əl-Munci və Fədl İbn Asimində olduğu bir dəstə Bağdada fəqihləri gəldi. Onlar İmam Əhmədin evinə gəldilər və içəri daxil olmaq üçün izn istədilər. O icazə verdi.

Onlar ona dedilər:

" Ey Əbu Abdullah! Quranın məxluq olması haqqında sözlər ciddi şəkildə hər tərəfə yayılıb. Bu insan  (xəlifə) bunu , bunu edib və ondan elə şeylər zahir olub ki, qorxuruq gələckdə dahada pis ola."

Onlar həmçini ona çatdırdılar ki (baş müfti, mötəzilə) İbn abu Duəd məktəblərdə Quran tədrisi ilə birlikdə Quranın məxluq olması haqqında dərslər keçirilməsini əmr etməyi qərara alıb.

İmam Əhməd onlardan soruşdu:

"Sİz nə istəyirsiniz?"

Onlar dedilər:"

"Biz sənin yanında etmək istədiyimiz haqqında məsləhətləşmək üçün gəlmişik. Biz onun (xəlifənin) idarəsi və hakimiyətindən razı deyilik."

İmam Əhməd onlarla bu haqda mübahisə etməyə başladı. Bir müddət mübahisədən sonra dedi:

"Əgər düşündüyünüz həyata keçməsə baş verəcək fəsad necə olacaq ?! Siz məgər bu zaman  pis vəziyyətə düşməyəcəksinizmi? Siz qəlbinizlə inkar etməli, itaətdən ayrılmamalı və öz qanınızı, müsəlmanların qanını axıtmamalısınız! Görəcəyiniz işlərin nəticəsi haqqında fikirləşin! Allah sizlərdən olan salehləri rahatladana  və ya münkərdən xilas edənə qədər tələsməyin, səbr edin...."

Onlar İmamın bu sözlərindən sonrada bir xeyli bəhs etdilər.
İmam Əhməd isə dediklərini dəlillərlə qüvvətləndirirdi.

Və gələn fəqihlərdən biri dedi:

"Biz övladlarımıza görə qoruxuruq. Qorxuruq ki, bu əqidə yayılar. İnsanlar bundan başqa əqidəni bilməzlər və sonunda İslam yer üzündən silinər."

İmam Əhməd dedi:

" Xeyir! Allah öz dininə yardım edir. Bu dinin ona kömək edən Rəbbi var. Həqiqətən İslam böyük və güclüdür!."

Sonunda onlar İmam Əhmədin yanından çıxdılar və İmam  onlara edəcəklərini niyyətləndikləri heç bir şeydə müsbət cavab vermədi."

--

"Zikru mihnəti əl-İmam Əhməd" 70-71

Bölmə: Faydalar | Baxılıb: 1239 | Yüklədi: Azerislamoglu