BİZ XİLAFƏTLƏ MÜKƏLLƏF OLUNMUŞUQMU ? - 30 Июля 2015 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2015 » İyul » 30 » BİZ XİLAFƏTLƏ MÜKƏLLƏF OLUNMUŞUQMU ?
07:28
BİZ XİLAFƏTLƏ MÜKƏLLƏF OLUNMUŞUQMU ?

 

BİZ XİLAFƏTLƏ MÜKƏLLƏF OLUNMUŞUQMU ?


(Xəvariclərin şübhəsinə cavab)

 

SUAL:

Möhtərəm şeyx! Bu gün bizə xilafət qurmaq, Raşidi xilafət qurmaq üçün (bir araya gəlib) səylərimizi birləşdirməyin vacib olduğunu deyənlər barədə rəyiniz nədir? Bu fikir doğrudurmu, yoxsa yalnışdır?


Əllamə şeyx Əhməd ibn Yəhya ən-Nəcmi
(Allah ona rəhmət etsin)
bu suala cavab verərək dedi:

---------------------

" Biz xilafətə çağırış etməklə mükəlləf olunmamışıq!

Biz yalnız "TÖVHİD"ə çağırış etməklə mükəlləf olunmuşuq! 


Kim xilafətə çağırış edərsə, o artıq Allahın onu mükəlləf etdiyin (tövhid dəvətini) tərk etmiş və öz hizbinin (dəstəsinin) onu mükəlləf etdiyi fikirə çağırış etmiş olar. Allahu təala buyurur:

أم لهم شركاء شرعوا لهم من الدين ما لم يأذن الله

"Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır?"
(Əş-Şura: 21)

Xilafət Allah sübhanəhu və təalaya məxsusdur! Allah Elçisinin (Sallallahu aleyhi və səlləm) əhli beytindən olan bir şəxsin gəldiyi zaman Allah o xilafəti bərqərar edəcək və o şəxs Mehdidir ki, onun gəlişi İsanın (Əleyhissalam) enməsinin başlanğıcı olacaqdır. Bəli, bu (Mehdinin həqiqi) xilafəti olacaqdır. 
Deməli, bu (həqiqi) xilafət bizim istədiyimiz zamanda deyil, Allahın istədiyi zaman olacaqdır! (Lakin) o kəslər ki, (xilafət qurmaq) uğrunda çalışdıqlarını deyirlər - onların bu yolda etdikləri əməl batildir! Bu (xilafət qurmaq) niyyəti də batil niyyətdir! Onların dəvətlərini buna həsr edib (dəvəti zay etmələri) icazəli deyil! Çünki, onlar (əslində) bu (xilafətə) çağırış etməklə yalnız siyasəti və kürsüləri qəsd etmişlər! Biz Allaha məxsusuq və dönüşümüz də Onadır!




(Mənbə: Fətəva əl-Cəliyyə/ 1-ci cild, 27-ci səhifə)

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 186 | Yüklədi: Azerislamoglu