Əbdürrəhman bin Nasir əs-Səədi:"Müşriklərin Şirk olan vəsiləsi.Əz Zumər surəsi 3-cü ayənin təfsiri" - 13 Мая 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » May » 13 » Əbdürrəhman bin Nasir əs-Səədi:"Müşriklərin Şirk olan vəsiləsi.Əz Zumər surəsi 3-cü ayənin təfsiri"
09:21
Əbdürrəhman bin Nasir əs-Səədi:"Müşriklərin Şirk olan vəsiləsi.Əz Zumər surəsi 3-cü ayənin təfsiri"

Əbdürrəhman bin Nasir əs-Səədi


"Müşriklərin Şirk olan vəsiləsi.Əz Zumər surəsi 3-cü ayənin təfsiri"


Uca Allah buyurur:

"Həqiqətən, xalis iman yalnız tək Allaha aid edilə bilər. Başqalarını Onun yerinə özlərinə hami və köməkçi götü­rənlər deyirlər: "Biz onlara ibadət edirik ki, bizi Allaha daha da yaxın­laşdırsınlar".

Allah onların nəyə görə ixtilaf etdikləri ba­rədə hökmünü verə­cək­dir. Həqiqətən, Allah yalan danı­şan­ları və iman gətirmə­yənləri doğru yolla aparmır”.

Əz- Zumər surəsi 3-cü ayə.


Şeyx Alləmə Əbdürrəhman bin Nasir əs-Səədi 
-Allah ona rəhmət etsin-
 buyurur.

Yalnız Allaha səmimi iman gətirmək olar. O (Pak və Mü­qəd­dəs), bu sözlərlə təkcə Ona səmimiyyətlə ibadət etməyin xü­susi əhəmiyyət kəsb etdiyini vurğulayır. Rəbb ən mükəmməl və kamil sifətlərə malikdir və Öz qullarına hərtərəfli lütüfkarlıq gös­tərir və buna görə Ona iman gətirmək səmimi və pak olmalı­dır. Belə bir iman nöqsanlar və çatışmazlıqlarla bir araya sığış­maz, çünki Allah onu Özü və sadiq məxluqları üçün seçmişdir. İn­san­lar Onun iradəsinə itaət etməli, tək Ona pərəstiş göstərməli, Ona məhəbbətlə, qorxu və ümidlə ibadət etməli və həmçinin bütün xeyirxah əməllərində yardım üçün Ona dua etməlidirlər.

Məhz belə din insanların qəlbini təmizləməyə və rövnəq­ləndirməyə qadirdir, çünki ona etiqad edən insan Allaha şərik qoşmur və Ondan başqa heç kimə ibadət etmir. Allaha şərik qo­şan müşriklərin dininə gəldikdə isə, onun xalis din ilə heç bir əla­qəsi yoxdur, çünki O (Pak və Müqəddəs), şəriklərə hamıdan daha çox Möhtacolmayandır. Müşriklik insan qəlblərini və ürəklərini məhv edir və adamları yer üzündəki həyatda və ölümdən sonra əbədi əzab-əziyyətə məhkum edir. Buna görə də Allah əvvəlcə qullarına əmr edir ki, tövhid dininə etiqad etsinlər. Sonra da on­lara, yalançı ilahlar uyduraraq, məxluqlara ibadət etməyi haram buyurur.

Bu qadağanı pozan insanlar alçaldılmış və mənfur olun­muş­lardır. Onlar aciz məxluqlara ibadət edir, onlara yardım üçün yalvarır və sonra da davranışlarına bəraət qazandırmağa сəhd göstərərək, deyirlər:

"Biz onlardan xahiş edirik ki, yalnız duala­rımızı Allaha çatdırsınlar və Onun qarşısında bizə şəfaət diləsin­lər. Biz onların özlərindən heç nə istəmirik, çünki onların ya­rat­mağa, ruzi verməyə qadir olmadıqlarını, Kainatda baş verən­lə­ri idarə etməyə qabil olmadıqlarını bilirik”.

Bu müşriklər Rəbbə səmimi qulluq etməkdən boyun qa­çı­rır­lar və ən böyük günahlar törətməyə cəsarət göstərirlər. Onlar Allaha şəriklər qoşur, aciz qulları FövqəlqüdrətliMüqayisə­olun­maz Hökmdarla bərabər tuturlar. Onlar özlərinin xəstə tə­səvvürləri üzündən elə zənn edirlər ki, Fövqəluca Allah da zalım hökmdarlara bənzərdir. Axı adlı-sanlı zadəganlar, yaxın təəssüb­keş­lər və ya hörmət-izzət sahibi olan vəzirlər öz hökmdarlarının lütüfkarlıq göstərməsini diləmədən, rəiyyətin xahişləri qəbul ol­un­­murdu. Bu, ən dəhşətli və ən yaramaz bir müqayisə idi, çünki Xaliq Öz yaratdıqlarına oxşadıla bilməz. Bunun lehinə ağıl, təh­təlşüur və çoxsaylı naslar dəlalət etməkdədir. İmperatorlar və hökmdarlar yaxınları olan vasitəçilərin və havadarların sözlərinə qulaq asırdılar, çünki onlar özləri təbəələrinin vəziyyətindən xə­bərdar olmurdular və onlara heç bir rəhm hissi bəsləmir, hal­la­rına acımırdılar. Onların öz vəzirlərinin və adlı-sanlı zadəgan­la­rının sözlərinə qulaq asmalarının səbəbi, sonuncuların sözləri­nin onların ürəklərində mərhəmət və rəhm hissi oyatması ilə bağlı idi. Bundan başqa, hakimlər, adətən, zadəganların narazılı­ğından ehtiyat etdikləri üçün onların xahişlərini yerinə yetirirlər. Lakin bununla belə, onlar, sadəcə, öləsi insanlardır, kasıblıqdan və di­lən­çi halına düşməkdən qorxurlar və buna görə bütün xa­hişləri yerinə yetirə bilmirlər.

Lakin onlardan fərqli olaraq Fövqəluca Rəbb bütün aşkar və qeybə məxsus olan hər şeyi bilir. O (Pak və Müqəddəs), Ona qulla­rının vəziyyəti və ehtiyacları haqqında xəbər verəcək məs­ləhətçilərə möhtac deyil. O (Pak və Müqəddəs), Mərhəmətli Səxavətli Hökm­dardır və buna görə də Onun insanlara lütüfkar­lıq göstər­mə­sinə vasitəçilik və havadarlıq edənlərə ehtiyacı yox­dur. Bundan başqa, Fövqəluca Allah qullarına onların özlərindən və valideyn­lərindən də daha çox mərhəmətlidir. O (Pak və Mü­qəd­dəs) onları Onun mərhəmətinə layiq olmalarına imkan verən xe­yirxah işlər görməyə çağırır. O (Pak və Müqəd­dəs) insanlar üçün onların özləri üçün arzuladıqlarından daha çox xeyirxahlıq­lar arzulayır.

Allah zəngindir və heç nəyə möhtac deyil. Onun var-döv­ləti o qədər kamildir ki, əgər O (Pak və Müqəd­dəs), Öz məx­luq­la­rının hamısının istəklərini yerinə yetirsə də və onları arzu et­dik­ləri hər şeylə təmin etsə də, Onun mülkü bundan qətiyyən azal­maz. Sudan çıxarılmış iynə dənizin suyunu azalda bilmədiyi kimi, qullarının saysız-hesabsız xahişləri də Fövqəluca Xaliqin va­ridatını azalda bilməz. Vasitəçilər və şəfaətçilər Onun qəzəbin­dən dəhşətə gələrək, Onun hüzurunda yalnız Onun ica­zəsi ilə şə­faətçilik edərlər, çünki şəfaət tam və bütövlüklə Onun sərən­ca­mındadır.

Əgər insan Fövqəlqüdrətli Yaradanla aciz məxluqların ara­sındakı bu böyük fərqi DƏRK edərsə, onda müşriklərin nə qə­dər nadan, axmaq, düşüncəsiz ədəbsiz olması ona bəlli olar. Ona aydın olar ki, Allah müşrikləri bağışlamır, çünki uydurma ilah­lara ibadət edilməsi Onun ünvanına yönəldilmiş təhqirdir.

Lakin elə bir gün gələcək ki, O (Pak və Müqəddəs), möminlərlə müşrik­lərin arasında onların ziddiyyətə düşdükləri məsələ barəsində hökm verəcəkdir. Hər bir kafir müşrik bu sərt xəbərdarlıq üzə­rin­də düşünməlidir, çünki Fövqəlmüdrik Allah səmimiyyətlə iman gətirənləri Cənnət Səadəti ilə mütləq mükafatlandıracaq və ya­lan­çı ilahlara ibadət edən hər kəsi Cəhənnəmə vasil edəcəkdir.

Allah yalançılarıkafirləri doğru yola yönəltmir. Bu in­sanlara iki yaramaz keyfiyyət xasdır: yalanküfür. Onlar da mo­i­zələrə qulaq asır və əzəmətli möcüzələri gözləri ilə görürlər, amma bu keyfiyyətlərindən, heç vəchlə xilas ola bilmir. Allah onlara Öz möcüzələrini göstərəndə, onları rədd edirlər və küfrə batmaqda davam edirlər. Onlara doğru yola gəlmək imkanı nəsib edilməmişdir, çünki onlar əbədi xoşbəxtliyə aparan qapıları öz qarşılarında özləri bağlamışlar və sonra da Fövqəluca onların ürək­lərini möhürləmişdir. Həqiqətən, belə insanlar heç vaxt iman gətirməzlər! "

Təfsirin sonu.

Tərcümə: Fərahim Sələfi:


Bölmə: Maraqlı məqalələr | Baxılıb: 363 | Yüklədi: selefimedia