Az yaşlı uşaqlarımızı düzgün tərbiyə üçün " ƏQİDƏ " dərsləri - 17 Февраля 2015 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2015 » Fevral » 17 » Az yaşlı uşaqlarımızı düzgün tərbiyə üçün " ƏQİDƏ " dərsləri
09:54
Az yaşlı uşaqlarımızı düzgün tərbiyə üçün " ƏQİDƏ " dərsləri




Az yaşlı uşaqlarımızı düzgün tərbiyə üçün sual cavab üzərində qurulmuş faydalı bir məqalə.

Rəhimli və Mərhəmətli Allahın adı ilə .


✔ ƏQİDƏ ✔

Birinci dərs 

✏ 1) Rəbbin kimdir?-
ALLAH.
✏ 2) Bizi kim yaradıb?- ALLAH.
✏ 3) Bizə kim ruzi verir?- ALLAH.
✏ 4) Ən rəhimli kimdir?- ALLAH.
✏ 5) Ən güclü və qüvvətli kimdir?- ALLAH.
✏ 6) Ən böyük kimdir?- ALLAH.
✏ 7) Hər şeyi eşidən kimdir?-ALLAH.
✏ 8) Hər şeyi görən kimdir?- ALLAH.
✏ 9) Hər şeyi bilən kimdir?- ALLAH.

İkinci dərs 

✏ 1) ALLAH bizi nə üçün yaradıb?- ALLAHA ibadət etmək üçün.
✏ 2) İbadət nədir?- ALLAHIN sevdiyi əməlləri etmək.
✏ 3) İbadətə misal nədir?- Namaz qılmaq,səcdə etmək,dua etmək,Quran oxumaq,həcc etmək,qurban kəsmək ,zəkat vermək,oruc tutmaq,müsəlmanlara kömək etmək.
✏ 4) Biz kimə ibadət edirik?- ALLAHa.
✏ 5) Biz kimə dua (ibadət) edirik?- ALLAHA.
✏ 6) Biz kimdən şəfa diləyirik?- ALLAHDAN.
✏ 7) Biz kimin üçün namaz qılırıq?- ALLAH üçün.

Üçüncü dərs 

✏ 1) ALLAH haradadır?- Göydə,ərşin üstündə,aləmlərin fövqündə.
✏2) ALLAH təkdir?- Bəli ALLAH təkdir.
✏ 3) ALLAHIN atası,anası var?- Yox ALLAH doğmayıb doğulmayıb.
✏ 4) ALLAHın oğlu,qızı var?- Yox.
✏ 5) Biz hamımız ALLAHın nəyiyik?- Biz hamımız ALLAHın qullayırıq.

Dördüncü dərs 

✏ 1) Bizim dinimizin adı nədir?- İslam.
✏ 2) Biz müsəlmanıq?- Bəli.
✏ 3) Müsəlman olmaq üçün nə deyirlər?- Şəhadət gətirirlər.Yəni "Əşhədu əllə iləhə illallah va əşhədu ənnə Muhəmmədən rasulullah deyirlər.
✏ 4) Bu nə deməkdir?- Şahidlik edirəm ki ALLAHDAN başqa ibadətə layiq olan haqq məbud yoxdur,Məhəmməd Onun elçisidir.
✏ 5) Ən böyük günah nədir?- Şirk yəni ALLAHA ortaq,şərik qoşmaq.
✏ 6) Şirk nədir?- Başqalarını ALLAHA bərabər etmək.

Beşinci dərs 

✏ 1) İslamın neçə əsası var?- Beş.
✏ 2) Bunlar hansılardır?- Şəhadət gətirmək,namaz qılmaq,zəkat vermək,ramazan orucunu tutmaq,həcc etmək.
✏ 3) Biz bu ibadətləri kimin üçün edirik?- ALLAH üçün.
✏ 4) Bunları ALLAH üçün edənə ALLAH nə vəd verib?- Cənnət.

Altıncı dərs 

✏ 1) İmanın neçə əsası var?- Altı (6)
✏ 2) Bunlar hansılardır?- ALLAHA,mələklərinə,ALLAHIN Elçilərinə,müqəddəs kitablara (bir mənalı şəkildə hökmlərinə əməl olunacaq Qurandır.Çünki Quran son kitabdır və qiyamətə qədər qüvvədədir.), axirət gününə inanmaq iman etmək.
✏ 3) Bizim müqəddəs kitabımız nədir?- Quran.
✏ 4) Quran nədir?- ALLAHIN kəlamı.

Yeddinci dərs

✏ 1) Bizim peyğəmbərimiz kimdir?- Muhamməd peyğəmbər (sallallahu aleyhi və səlləm)
✏ 2) Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) atasının adı nədir?- Abdulla.
✏ 3) Peyğəmbərimizin anasının adı nədir?- Əminə.
✏ 4) Ən çox kimi sevirik?- ALLAHI.
✏ 5) İnsanlardan ən çox kimi sevirik?- ALLAHIN Rəsulu Muhəmmədi (sallallahu aleyhi və səlləm)

Səkkizinci dərs

✏ 1) Mələklər kimlərdir?- ALLAHIN yaratdığı yaxşı məxluqlar.
✏ 2) Mələklər nədən yaranıb?- Nurdan.
✏ 3) Mələklər pis işlər görürlər?- Yox,onlar həmişə ALLAHA itaət edirlər və yaxşı işlər görürlər.
✏ 4) Hansı mələklərin adların bilirsən?- Cibril,Mikayıl,İsrafil.

Doqquzuncu dərs

✏ 1) Peyğəmbərlər kimlərdir?- İnsanların ən yaxşıları.
✏ 2) ALLAH onları nə üçün göndərib?- İnsanları ALLAHa ibadət etməyə çağırmaq üçün, ALLAHIN əmrlərini onlara çatdırmaq üçün.
✏ 3) Biz peyğəmbərləri sevirikmi?- Bəli,biz onların hamısını sevirik.
✏ 4) Hansı peyğəmbərləri tanıyırıq?- Adəm,İbrahim,İsa,Musa,Harun,Yahya,Əyyub,Məhəmməd,Nuh,Süleyman,Davud,Yunus,Yusif,İsmayıl,Yaqub.
(Quranda 25 Peyğəmbərin adı keçir.)


Onuncu dərs

✏ 1) Müqəddəs kitabları kim nazil edib?- ALLAH.
✏ 2) Hansı müqəddəs kitabları tanıyırsan?- Zəbur,Tövrat,İncil,Quran.
✏ 3) Quran kimə nazil olub?- Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm)
✏ 4) İncil kimə nazil olub?- İsa aleyhissəlama.
✏ 5) Tövrat kimə nazil olub?- Musa aleyhissələmə.
✏ 6) Zəbur kimə nazil olub?- Davud aleyhissəlama.

On birinci dərs

✏ 1) Öləndən sonra insanlar dirilirlərmi?- Bəli.
✏ 2) Nə vaxt dirilirlər?- Qiyamət günü.
✏ 3) Cənnətə kim girəcək?- Müsəlmanlar.
✏ 4) Cənnət gözəldirmi?- Bəli.
✏ 5) Cənnətə girmək üçün nə etmək lazımdır?- Müsəlman olmaq günahlardan uzaq durmaq və yaxşı işlər görmək.

On ikinci dərs

✏ 1) Hər şey kimin istəyi ilə olur?-ALLAHIN.
✏ 2) ALLAH nə istəsə olurmu?-Bəli.
✏ 3) ALLAH bizi qorusa kimsə bizi incidə bilərmi?- Yox.
✏ 4) ALLAHIN bizi qoruması üçün nə etməliyik? - ALLAHın sevdiyi və razı qaldığı əməlləri etməliyik , sevmədiyindən uzaq durmalıyıq.
✏ 5) ALLAH nəyi sevmir?- Şirk etməyi zülm etməyi yalan danışmağı içki içməyi siqaret çəkməyi pozğun olmağı ata anaya qulaq asmamağı və oğurluğu.

On üçüncü dərs

✏ 1) NamaZ (salət) kimin üçün qılırıq? - ALLAH üçün.
✏ 2) Namazı neçə yaşdan qılırıq?- Yeddi.
✏ 3) Gün ərzində neçə vacib namaz var?- Beş.
✏ 4) Beş fərz namaz hansılardır?- Fəcr (sübh), Zöhr (günorta), Əsr (ikindi), Məğrib (axşam), İşa.
✏ 5) Namazdan əvvəl nə alırıq?- Dəstamaz.(vudu)
✏ 6) Hansı tərəfə yönəlirik?- Qibləyə tərəf.
✏7) Bizim qibləmiz haradı? - Məscidul-həram.Kəbə.

On dördüncü dərs

✏ 1) Zəkat nədir?- Müəyyən vaxtlarda müəyyən miqdarda müsəlmanlar öz qazanclarından hər hansı bir xeyir məqsəd üçün ayırdığı pay.
✏ 2) Oruc nədir?- ALLAH üçün sünnəyə uyğun şəkildə fəcrdən məğribədək yeməmək içməmək.
✏ 3) Hansı ayda fərz oruc tuturuq?- Ramazan.

ALLAH xeyirə faydalananlardan etsin.ƏMiN !!!

Bölmə: Gözümüzün nuru övladlarımız. | Baxılıb: 270 | Yüklədi: Azerislamoglu