Baş səhifə » 2018 » Noyabr » 12 » Azərbaycanlı tələbələrin Şeyx Rabi ( Allah onu qorusun) ilə görüşü . 09.11.2018
10:53
Azərbaycanlı tələbələrin Şeyx Rabi ( Allah onu qorusun) ilə görüşü . 09.11.2018

Əssələmu aleykum və rahmətullahi və bərakətuh 
Möhtərəm müəllimlərim və dəyərli qardaşlarım.

 Bu gün Allahın müvəffəqiyyəti ilə Mədinə İslam Universitetində təhsil alan bir sıra qardaşlarla İmam, Allamə, Şeyx Rabi ibn Hədi əl-Mədxəlini (Allah onu qorusun) evində ziyarət etdik. Şeyx (Allah onu qorusun) bizləri evində qonaq etdi və bizlərə bir sıra öyüd və nəsihətlər etdi._

▫Şeyxin bizlərə etdiyi həmin nəsihətlərindən:

➖ Əqidə və mənhəcə fikir verməyə və bu sahədə mütaliələr etməyə, elmi artırmağa üstünlük verməyə çağırdı. Şeyxul İslam İbn Teymiyyənin, İbn Qeyyimin, Buxarinin, Muslimin, Əbu Davudun (Allah onlara rəhmət eləsin) kitablarını oxumağı mutaliə etməyi tövsiyə etdi.

➖ Quran Kərimi çox çox oxumağı, Onu əzbərləməyi nəsihət elədi.

➖ Elm öyrənməyə,qardaşlığa fikir verməyə, qardaşlığı qorumağa və insanları sünnəyə dəvət etməyə çağırdı. Fitnələrə qarışmamağı, fitnələrə daxil olmamağı, elmlə məşğul olmağı tapşırdı. Vaxtı səmərəli istifadə etməyi nəsihət etdi.

➖ Şeyx Rabi əl-Mədxəli حفظه الله _bütün Azərbaycandakı sələfi tələbələrə, qardaşlara salam çatdırmağımızı istədi və hamı sələfi qardaşlar üçün dualar etdi._

Allah onu qorusun

O cümlədən Şeyx Rabi əl-Mədxəli حفظه الله müəllimimiz Qamət Süleymanovuda xəbər aldı. Onun barəsində:

_"Qamət necədir? Məndən ona salamlar söylə, dəvəti necə gedir? Hansı kitabları keçir? Allah onu qorusun." Həm Qamət müəllimə və həmdə ki, bütün sələfi tələbələrə Əssələmu aleykum və rahmətullahi və bərakətuh dedi, dəvətlərinə Allahdan bərəkət istədi_ və bizlərdəndə salamını və duasını çatdırmağımızı tələb etdi.

▫Uca Allah şeyx Rabi əl-Mədxəlini cəmi sələfi alimlərimizi, şeyxlərimizi, ağsaqqallarımı qorusun. Allah onlara ömür versin

〰〰〰〰〰〰〰〰

✒Mədinə İslam Universitetinin tələbəsi Arif Allahyarov .

 

Baxılıb: 397 | Yüklədi: Azerislamoglu