Baş səhifə » 2014 » Dekabr » 13 » "Allahdan istəyin məni qəbrimə geri qaytarsın!"
08:56
"Allahdan istəyin məni qəbrimə geri qaytarsın!"
"Allahdan istəyin məni qəbrimə geri qaytarsın!"



Cəbir bin Abdullahdan rəvayət edilir ki, Rəsulullah sallallahu aleyhi və səlləm dedi:

"Bir gün İsrail övladlarından bir dəstə səfərə çıxdı.Onlar qəbirstanlıqlarının yerləşdiyi əraziyə çatdılar və dedilər :
"Görəsən biz iki rükət namaz qılıb və Allahdan (burada dəfn edilən) ölülərdən birini çıxarıb, ondan bəzi şeyləri soruşmağımızı istəsək necə olar
?"
Onlar bunu etdilər və qəbirdən dərisi tutqun, alnında etdiyi SƏCDƏlərdən İZ yaranmış birisi başını qaldırdı. O dedi:
" Siz məndən nə istəyirsiniz? Mən axı 100 il bundan qabaq vəfat etmişəm, lakin ölümün qızdırması hələdə indiyə qədər canımdan getməyib. Allahdan istəyin ki, O məni (qəbrimə) geri qaytarsın!"

Şeyx əl-Əlbəni "Silsilətul əl-əhədis əs-səhihə" (6/1028), 1209

Əhməd, "əz-Zühd" (16-17), İbn Abu Şeybə,"əl-Müsənnəf" (9/62), əl-Bəzzar "əl-Musnəd" (1/108/192) və s.

Bölmə: Faydalar | Baxılıb: 579 | Yüklədi: Azerislamoglu