AbdurRahmən
əs-Sədi:"Bəzən bir insanda xeyir və şər, iman və küfr cəm oluna bilər." "Bil ki, Əhli Sünnə və camaatın əqidəsinə görə bəzən bir
insanda xeyir və şər, iman və küfr, yaxud da nifaq xüsusiyyətləri cəm
oluna bilər.Bununlada o etdiyi əməldən asılı olaraq həm savaba, həm də
cəzaya layıq görülür.Quran və hədislərdən iqtibas edilmiş çoxsayl
dəlillər bu 'qidə məsələsini sübuta yetirir.Dəlillərin isə hamısına
riayət etmək və bütünlüklə təsdiqləmək lazımdır.Biz gərək (haqq yoldan
azmış cərəyan nümayəndələri olan) xavariclərdən uzaq olaq.Onlar Quran və
hədislərdə varid olmuş, insanı dindən çıxarmayan bir günahı edəndə,
həmən insanda imanın və dinin qalmasını bildirən dəlillərə etiraz
edirlər.Xavariclər bütün bu sübutları danırlar.Onlar böyük günahlardan
hər hansı birini, küfr və ya nifaq xislətlərinin edəni dindən çıxmış
hesab edirlər.Onun əbədiyyən Cəhənnəmdə qalacağını söyləyirlər.Qurana,
hədislərə və ümmətin sələflərinin yekdil rəyinə əsasən bu rəy batildir." "Möminlərin könül müjdəsi və xeyirlilərin göz işığı"
7-ci hədsin şərhi.
|