Baş səhifə » 2013 » Mart » 15 » 92 yaşlı belçikalı Nur nənənin gözləri yaşardan İslamı qəbul etmə hekayəsi.
09:58
92 yaşlı belçikalı Nur nənənin gözləri yaşardan İslamı qəbul etmə hekayəsi.

92 yaşlı belçikalı Nur nənə:


"Mən İslama bu qədər gec gəldiyimə, bu qədər illəri İslamsız yaşadığıma  üzülürəm".





Yaşının qoca cağında özünə "Nur" adını seçərək İslamı qəbul edən yaşlı belçikalı qadın "əl-Yovm" nəşrinə öz tarıxçəsini danışıb.Azan.kz saytının İslammemoya isnad edərək yaydığı xəbərdə deyilir:"Nur nənə əmindir ki, bir çoxlarının iddia etdiyi kimi həyat 60, 70 və ya 80 yaşında bitmır.O öz şəxsi misalında o subut edib ki, yeni həyat hətta 90 yaşındanda sonra başlaya bilər.Belçikalı nənənin qəlbi məhz bu yaşda  İslam nuru ilə işıqlanıb.
Əgər dəqiq deyilsə, Nur nənə İslam dinini Mərakeşdə, Dəvət  və Həmrəylik Komitəsinint dəvəti ilə ziyarət etdiyi Damam bölgəsin cənubunda, artıq 92 yaşı tamam olanda,  2010-cu ildə qəbul edib.
"Mən müsəlmanlarla çoxdan ünsiyyətdə olsamda İslamı qəbul etməyi düşünmürdüm.Mən daima müsəlmanlara və onların dini ənənələrinə böyük hörmətlə yanaşan birisi idim" deyərək Nur nənə danışır.
"Mən hətta müqəddəs Ramanzan ayı zamanı gündüzlər tanıdığım müsəlmanların evlərinə qonaq getmirdim.Çünki bilirdim ki İslam müsəlmanlara qonaqpərvərliyi əmr etsədə onlar bu ay oruc tuturlar.Mən onları çıxılmaz vəziyyətə salmaqdan, bu əməlimlə onların oruclarını poza biləcəkləri barədə qorxurdum.Mən bu dinə böyük qiymət verirdim.Onunla əhatə olunmuşdum və bir çox hallarda onlarla birgə hərəkət edirdim.Misal kimi çox vaxt müsəlman mağazalarında halal ət alırdım.Mən inanırdım ki müsəlmanların kəsdikləri ət daha təmiz və faydalıdır.Amma mənim İslamı sevməyimin, onu qəbul etməyimə  ən böyük səbəbi müsəlmanların yaşlı nəsilə xüsusi münasibətləri oldu
" deyə qəzetə müsahibə verən Nur nənə davam edir.
"Mən hətta xristian olan zaman müsəlmanların mənə xüsusi münasibətini hiss edirdim.Onlar mənə daima, təmannasız, heç bir mənfəət güdmədən   gündəlik işlərimdə yardım edirdilər. Ər, arvad və dörd övladlı müsəlman ailəsi öz nənələrinə baxdıqları kimi mənə xidmət edir, əvəzində isə heç bir maddi qazanc istəmirdilər.Onların bütün mərhəməti və xeyirxahlığı mənim yaşlılığım və köməksizliyim ilə əlaqədar idi.Və sonunda bunlar mənə şəhadət gətirib, İslamı qəbul etməyimə səbəb oldu".
Belçikalı qoca nənəni qəbini ən çox yaralayan isə  İslamı qəbul etdiyini eşitdikdən sonra əri və 4 uşağı ilə Fransada yaşayan 74 yaşlı xristian qızının ondan imtina etməsi olub.Nur nənənin qızı onun İslamı seçməsini "qocalıq xəstəliyi" ilə əlaqələndirib.
"O dedi ki, mənim üçün ən yaxşı yer  qocalar evidir.Məni özüm fransız aristokratlarının nəslindənəm. Mənim qohumlarım isə hələ kasıb bir belçikalı ilə ailə həyatı quraraq Beçikaya köçəndən sonra mənimlə münasibətlərini kəsmişdilər.İndi isə İslamı seçdiyimi bəyan edəndən sonra hətta məni varislikdən belə məhrum etdilər.Belçika mətbuatı belə məni İslamı pula görə seçməkdə itiiham etdi". deyə Nur nənə göz yaşları içərisində davam edir.
Allahın köməkliyi ilə artıq belçikalı  Nur nənə Həcc ziyarətini yerinə yetirib və iki il ard-arda Ramazan orucunuda tutub.
Nur nənə: "Mən İslama bu qədər gec gəldiyimə, bu qədər illəri İslamsız yaşadığıma  üzülürəm.Əslində mən İslamı qəbul etdiyim 2010-cu ildə doğuldum.Bu mənim əsil həyatımdır.Keçmiş isə artıq itirilib və yaddan çıxdı" deyərək etriaf edir.O həmçini etiraf edir ki,onun ən son və ən çox arzuladığı yenidən Məkkəyə dönüb , yenidən Həcc ziyarətini yerinə yetirmıkdir.Nur nənə deyir:"Mən bu pak torpaqda vəfat edib, müsəlman qəbirstanlığında dəfn olunmağı arzulayıram""





Bölmə: Maraqlı məqalələr | Baxılıb: 681 | Yüklədi: selefimedia